İnsanlarda qocalma prosesinin başladığı yaş - Tədqiqat
15.02.2021 14:39

Yeni araşdırmalar insanların fərqli yaşlarda üç mərhələdə yaşlandığını göstərib.

 

Aztibb.az xəbər verir ki, alimlər yaşlanma prosesini dəyişdirəcək mühüm kəşf ediblər. Bununla bağlı araşdırmalar "Nature Medicine" jurnalında dərc edilib.

 

Tədqiqat aparan həkimlər bu qənaətə gəlib ki, insan bədəni 34, 60 və 78 yaşlarda başlayan üç əsas qocalma mərhələsindən keçir. Bu tədqiqat vacibdir, çünki qocalma ilə bağlı yeni məlumatlar mütəxəssislərə insan orqanizmində yaşla əlaqədar olaraq nəyin dəyişdiyini və yaşla əlaqəli yaranan xəstəliklərlə daha yaxşı mübarizə aparmağın yollarını tapmağa imkan verəcək.

 

Tədqiqat zamanı həkimlər 18-95 yaş arasındakı dörd mindən çox insanın qan plazmasının tərkibini analiz edib və içərisində olan üç mindən çox zülalı yoxlayıb. Yaşla birlikdə 1300-dən çox zülalın dəyişdiyi məlum olub. Ən əhəmiyyətli problemlər 34, 60 və 78 yaş arası insanlarda müşahidə edilib.

 

Alimlər bunun hansı səbəblərdən baş verdiyini müəyyənləşdirə bilməyib. Bununla belə tədqiqatların aparılması çox faydalıdır, bu, tibb işçilərinin xəstələrə daxili orqanlarının hansı sürətlə qocaldığını deməyə imkan verəcək. Bundan başqa zülalların öyrənilməsi təsdiq edib ki, qadınlar və kişilərin yaşlanma prosesi müxtəlif gedir.

 

Bu nəticələr üzərində bir neçə il işlənilməsini tələb edir. Qan analizinin gələcək nəticələri orqanizmin hansı sürətlə qocaldığını deməyə imkan verəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama