Kofenin ziyanından çox xeyri aşkarlandı
14.02.2021 09:31

“Qəhvənin zərərləri haqqında miflər kofein və onun stimullaşdırıcı təsirləri ilə əlaqələndirilir. Bu arada, qəhvədə ümumi kofein tərkibi yalnız 0,6-0,7 faizdir. Bu da yaşıl, qara çay, kakao, enerji içkiləri və pəhriz əlavələrində olan kofein miqdarından xeyli azdır”.

 

Aztibb.az-ın məlumatına görə, bunu dermatoloq, kosmetoloq Stanislav Arkannikov “aif.ru”ya müsahibədə deyib.

 

Həkim bildirib ki, kofeini müəyyən miqdarda qəbul etmək sağlamlığa faydalıdır: “Kofe ilə baş ağrısını kəsmək, yuxulu vəziyyəti aradan qaldırmaq, zehni və fiziki aktivliyi artırmaq, soyuqdəymə vəziyyətində ürək fəaliyyətini və nəfəs almağı stimullaşdırmaq olar. Bundan əlavə, müasir elmi araşdırmalara görə, qəhvəmi müəyyən miqdarda qəbul etmək Alzheimer və Parkinson, şəkərli diabet riskini və ürək-damar patologiyalarının inkişafının qarşısını alır. Qəhvə qaraciyər, döş və prostat xərçəngi riskini də azaldır”.

 

Bundan əlavə, həkim qəhvənin kosmetoloji baxımından da faydalı olduğunu söyləyib. Qeyd edib ki, hər şeydən əvvəl qəhvə qan axınının mikrosirkulyasiyasını aktivləşdirir - dərini qidalandırır. Bu isə erkən yaşlanmanın qarşısının alınması deməkdir. Həm də limfa axınını yaxşı stimullaşdırır, yəni ödemlə mübarizə aparır və qırışların yaranmasını ləngidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama