Saçlara qulluq zamanı nələrə diqqət yetirilməlidir? 
13.02.2021 18:09

Saçlara qulluq edərkən bir neçə qaydaya əməl etmək lazımdır. Saçlara edilən qulluq baş dərisini kəpəkdən qoruyur, saç uclarının haçalanmasının qarşısını alır, onlara həcm verir  və uzanmasına səbəb olur. 

 

Aztibb.az saçlara qulluq zamanı diqqət yetirilməli məqamları təqdim edir:

 

- Yumazdan əvvəl saçlar daranmalıdır.
- Daraq taxta və ya yumşaq materialdan olmalıdır.
- Şampundan istifadə edən zaman şampunu birbaşa saçın üzərinə deyil, bir miqdar su ilə qatıb saça sürtmək lazımdır.
- Yağlı saçlar 2-3 gündən, quru saçlar isə 5-7 gündən bir şampunla yuyulmalıdır.
- Saçları qurudan zaman fen uzaqdan tutulmalıdır.

 

Saçlara qulluq üçün reseptlər:

 

Quru saçlar üçün:


- 2 yumurtanın sarısı, 2 xörək qaşığı balqabaq yağı ilə qarışdırılıb yumazdan əvvəl saçların dibinə sürtülür, 1 saat sonra saçlar şampunla yuyulur.
- ev şəraitində hazırlanmış mayonez saçlara sürtülür, 1 saat sonra şampunla yuyulur.
- badam yağı, qırmızı istiot yağı ilə qarışdırılıb saçlara sürtülür, 1 saat sonra yuyulur.

 

Yağlı saçlar üçün:


- 2 yumurtanın sarısı 2 xörək qaşığı kefirlə qarışdırılıb saçlara sürtülür, saçların dibi yüngülcə masaj edilir, 1 saat sonra yuyulur.
- 2 xörək qaşığı xardal tozu isti suya tökülüb, smetanabənzər maddə şəkli alana qədər qarışdırılır, saçlara sürtülüb 20 dəqiqə sonra yuyulur.
- 100 qram quru gicitkən yarpağını yarım litr suya töküb, üzərinə 1 stəkan sirkə əlavə edib 30 dəqiqə qaynadılır. Soyuduqdan sonra hər dəfə bu qarışımdan 1 qaşıq 1 litr suya tökülür və saçlar yaxalanır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama