Sağlamlıq imkanları məhdud uşaqlar üçün kurs təşkil edilib
12.02.2021 13:58

Sağlamlıq imkanları məhdud 15 uşaq üçün Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin 4 günlük Ebru sənəti dərnəyi təşkil edilib.

 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazirliyin təşkilatçılığı ilə keçirilən məşğələdə uşaqlara dərnəyin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, təhsilə göstərilən dövlət qayğısı nəticəsində ümumtəhsil müəssisələri ilə yanaşı, məktəbdənkənar tərbiyə müəssisələrində uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin genişləndirilməsi üçün zəruri şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2019-cu ildən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yaradılan yeni innovativ dərnəklər sırasında Ebru sənəti dərnəyi də fəaliyyət göstərir. Həmin dərnək də zəruri avadanlıqlarla təchiz edilib.

 

Vurğulanıb ki, ebru sənəti incəsənətin ən maraqlı, əsrarəngiz və heyrətamiz sahələrindən biridir. Mərkəzdə yaradılan Ebru dərnəyində şagirdlər rəssamlıqdan fərqli olaraq düşündüklərini və görmək istədiklərini əvvəlcə suyun üzərində rəngbərəng naxışlarla, rəsmlərlə çəkir, sonra isə kağızı suyun üzərinə qoymaqla rəsmləri olduğu kimi, kağızın üzərinə köçürürlər. Rəsmlər suyun üzərində necə varsa, elə də əks olunur.

 

Sonra dərnəyin rəhbəri tərəfindən uşaqlar üçün maraqlı əl işləri hazırlanıb.

 

Təşkil edilən kurslar uşaqlar tərəfindən böyük maraqla qarşılanıb və onlarda bu sənət növünə həvəs yaradıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır