Mədə qıcqırmasının qarşısını almaq üçün FAYDALI MƏSLƏHƏTLƏR
11.02.2021 21:36

Mədə qıcqırması mədə və yemək borusundakı bir sıra problemlər səbəbindən qarın və sinə nahiyəsinin yuxarı hissəsində yanğı və ağrı hissinin olmasıdır. Bu problemə çox sıx aralıqlarla rast gəlindikdə və davamlı olaraq dərman qəbuluna ehtiyac yarandıqda bu zaman onun mədə xəstəliyindən qaynaqlanması ehtimalı yüksəkdir və həkim baxışı tələb olunur.

 

Aztibb.az xarici KİV-ə istinadən mədə qıcqırması zamanı effektiv təsir göstərən məsləhətləri təqdim edir. 

 

-Az-az və tez-tez yemək yemək;
-Acı, yağlı və qızardılmış yeməklər, alkoqollu, turş və qazlı içkilər, sarımsaq, çiy soğan, şokolad, qəhvə, tünd çay qəbulunu məhdudlaşdırmaq;
-Yeməkdən sonra əyilib iş görməmək;
-Axşam yeməyini yatmazdan 2-3 saat əvvəl qəbul etmək;
-Çarpayının baş hissəsini 10 sm qaldırmaq;
-Qarın nahiyəsini kəmərlər, korset və bandajlar taxmamaq.

 

Reseptlər:

 

Kartof şirəsi:

 

1 ədəd çiy kartofun şirəsi çəkilir və səhər acqarına qəbul edilir.
1-2 xörək qaşığı kartof şirəsi yeməkdən yarım saat əvvəl qəbul edilir.

 

Toxum qarışığı:

 

Bərabər miqdarda razyana, bostan şüyüdü, cirə toxumları qarışdırılır, qarışıqdan 1 xörək qaşığı 1 stəkan qaynar suda 20 dəqiqə dəmlənir, hər gün 1-2 stəkan süzülmüş dəmləmə kiçik qurtumlarla içilir.

 

Bitki qarışığı:

 

Hərəsindən 1 xörək qaşığı dazıotu, bağayarpağı və çobanyastığı çiçəkləri qarışdırılır, üzərinə 2 stəkan qaynar su əlavə edilərək 2 saat dəmlənir. Süzüldükdən sonra gündə 2-3 dəfə yeməkdən əvvəl yarım stəkan qəbul edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama