Ürək-damar xəstəliklərindən özümüzü necə qoruya bilərik? - Həkim-funksionalistdən tövsiyələr
11.02.2021 14:42
Hazırda bütün dünyada ürək-damar sistemi xəstəlikləri ölümə səbəb olan xəstəliklər sırasında birinci yeri tutur. Ürək xəstəliyi riski yaş, cins, xolesterol səviyyəsi, qan təzyiqi, siqaret çəkmək və ya şəkərli diabetin olması kimi bir çox amillərdən asılıdır.
Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının həkim-funksionalisti Nigar Rəhmətova məlumat verib. O, ürək xəstəlikləri zamanı və ya onun qarşısını almaq üçün bir sıra risk faktorlarına diqqət yetirməyin vacibliyini bildirib.
Ürək xəstəliyi riskinin azaldılmasının sadə və effektiv yolları bunlardır:
- Siqaret çəkməmək;
- Fiziki cəhətdən aktiv olmaq;
- Arterial təzyiqi bilmək və idarə etmək;
- Fiziki aktivlik səviyyənizə uyğun şəkildə liflə zəngin olan, daha az yağlı, xüsusilə doymuş və trans yağları olmayan, az duzlu, çoxlu meyvə və tərəvəz daxil olan qidalardan istifadə etmək.
- Qanda şəkər səviyyəsini idarə etmək;
- Alkoqol istifadəsini məhdudlaşdırmaq;
- Stresi azaltmaq.
N.Rəhmətova ürək xətəliklərindən qorunmaq üçün öz tövsiyələrini verib: "Həkiminizin tövsiyələrinə uyğun olaraq arterial təzyiqinizi yoxlayın, qanda xolesterol və şəkərinizi test edin, vaxtaşırı EKQ, EXO KQ müayinələrindən keçin. Əgər artıq çəkiniz varsa, onu azaltmaq lazımdır. Çalışın qida rasionundan un məmulatlarını çıxarasınız, çörəkdən imtina edə bilmirsinizsə, xəmir yeməklərindən və şirniyyatdan istifadə etməyin. Yağlı süd məhsullarını yağlılığı daha az olan süd məhsulları ilə əvəz edin. Çalışın, gün ərzində az-az, tez-tez qidalanın. Yağlı, duzlu, qızardılmış qidalardan imtina edin, daha çox balıq yeməkləri və dəniz məhsullarına üstünlük verin. Yeməklərdə duzun həcmini minimuma qədər azaldın. Yeməklərinizə kaliumla zəngin olan qidaları daxil edin. Kalium ürəyin normal fəaliyyəti üçün ən vacib minerallardan biridir. Təzə göyərti, xüsusilə ispanaq və cəfəri, banan, brokkoli, sobada bişirilmiş kartof, sitrus meyvələri, kişmiş, ərik və ərik qurusu, xurma və s. bu vacib elementlə zəngindir.
Əsəbdən, stresdən uzaq olmağa çalışın, arada istirahət edin, yuxu rejiminə əməl edin. Hazırda pandemiya dövründə yaşayırıq və karantin rejiminin bir çox məhdudiyyətlərinə əməl etməliyik. Dostlarınızla, qohumlarınızla tez-tez görüşə bilmirsiniz, böyük ticarət mərkəzlərinə gedə, səyahətə çıxa bilmirsiniz. Lakin bütün bunlar sizi qıcıqlandırmasın. Özünüzü qoruyun, ilk növbədə isə, ömür boyu 1 dəqiqə belə fasilə vermədən, dincəlmədən işləyən ürəyinizi qoruyun".
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
15.10.2026 | 09:50

