Yapon dənizində XƏRÇƏNG ƏLEYHİNƏ bioloji aktiv maddə aşkar edilib 
11.02.2021 13:51

Uzaq Şərq Federal Universiteti Cenevrə Universiteti ilə birlikdə Yapon dənizində 15-18 metr dərinlikdə yaşayan dərisitikanlı Ophiura sarsii dəniz canlısında xərçəngin müalicəsində kömək edə bilən bioloji aktiv maddənin olduğunu aşkar ediblər.

 

Aztibb.az meddaily.ru-ya istinadla xəbər verir ki, O.sarsii-dən alınmış molekulların üçqat neqativ süd vəzi xərçəngi hüceyrələrinin inkişafını dayandırmaq qabiliyyəti müvəffəqiyyətlə yoxlanılıb. O.sarsii-nin daha ətraflı analizi göstərib ki, bu canlıda fotodinamik terapiyada tətbiq olunan porfirin mövcuddur; o, sağlamlığa güclü zərər yetirmədən xərçəng hüceyrələrini öldürmək imkanına malikdir.

 

Həmçinin güman olunur ki, O.sarsii-dəki birləşmələr şiş hüceyrələrində süd vəzi, mədə xərçəngi, həmçinin xərçəngin bir sıra digər növlərinin üçqat neqativ formalarının inkişafının səbəblərindən biri olan WNT-siqnal yollarını bloklayır.

 

Porfirinin süni sintezi olduqca yüksək qiymətə başa gəlir. Onun təbii mənbədən alınması isə terapiyanın qiymətini əhəmiyyətli dərəcədə aşağı salmağa imkan verəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama