Mehriban Əliyevanın tapşırığı ilə qazimiz Türkiyəyə müalicəyə göndərildi 
10.02.2021 20:03

Vətən Müharibəsi qazisi Əzim Qafarov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə müalicə olunması üçün Gülhanə xəstəxanasına göndərilib.
 
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Qarabağ Müharibəsində iştirak edənlərə dövlət qayğısı siyasətinə dəstək missiyasını davam etdirir.
 
Belə ki, Mehriban Əliyevanın tapşırığı ilə Vətən Müharibəsinin iştirakçısı olmuş 1986-cı il təvəllüdlü Qafarov Əzim Rafik oğlu müvafiq müayinə, müalicə və reabilitasiya üçün Heydər Əliyev Fondu tərəfindən Türkiyənin Gülhanə xəstəxanasına göndərilib. Onu Azərbaycandan ixtisaslaşmış həkim də müşayiət edib.

 

Qeyd edək ki, Əzim Qafarov sentyabrın 27-də Kəlbəcər istiqamətində 3 gün vuruşub, daha sonra Murovdağ, Füzuli, Kəlbəcər və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 4-də Cəbrayıl rayonunda yaralanıb. Aldığı güllə yaraları nəticəsində mədə, dalaq, ağciyər, qaraciyər, döş qəfəsi və onurğası zədələnib, aşağı ətrafı iflic olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır