Sabunçu rayonunda 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının əsaslı təmir edilmiş korpusunun açılışı olub - FOTO
10.02.2021 18:34

Fevralın 9-da Sabunçu rayonunun Maştağa qəsəbəsində 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının əsaslı təmir edilmiş korpusunun açılışı olub.

 

Aztibb.az xəbər verir ki, tibb müəssisəsində xəstələrin qəbulu və müalicəsi üçün hər cür şərait yaradılıb. Müasir və yüksək keyfiyyətli avadanlıqlarla təchiz edilmiş 63 çarpayılıq yeni korpusda diaqnostika, pediatriya, terapiya və digər şöbələr fəaliyyət göstərəcək.

 

Mərasimdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev tibb işçilərinə uğurlar arzulayıb, bütün dünyada hökm sürən pandemiyanın ölkəmizə də təsir göstərməsinə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə bir çox sahələrdə, o cümlədən səhiyyə sahəsində aparılan uğurlu islahatların davam etdirildiyini bildirib. Qeyd olunub ki, dövlətimizin başçısının sərəncam və tapşırıqlarına əsasən tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları səhiyyəmizin inkişafının, ümumiyyətlə, sosial-iqtisadi sahəyə ayrılan diqqət və qayğının ən yüksək səviyyədə davam etdirildiyini göstərir. Ölkəmizdə əhalinin sosial rifah halının yaxşılaşdırılması, sağlamlığının qorunması Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

 

Prezident, Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəyə imza ataraq doğma torpaqlarımızı işğaldan azad etdiyini vurğulayan Eldar Quliyev indi həmin ərazilərdə də bütün sosial-iqtisadi infrastrukturun, o cümlədən səhiyyə infrastrukturunun bərpası işlərinin həyata keçirildiyini bildirib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın bu istiqamətdə xidmətlərini xüsusi vurğulayan E.Quliyev deyib ki, respublikamızda əhalinin sağlamlığının qorunması, ağır xəstəliklərdən əziyyət çəkən vətəndaşlarımızın müalicəsi, bütövlükdə səhiyyənin inkişafı istiqamətində birinci xanımın təşəbbüsü ilə həyata keçirilən geniş fəaliyyət proqramı ölkəmizdə səhiyyə sisteminin inkişafında əhəmiyyətli rol oynayıb. Birinci vitse-prezident Mehriban Əliyevanın bu istiqamətdə gördüyü işlər gənc nəslin fiziki tərbiyəsi və sağlam böyüməsi işlərinə də mühüm töhfələr verir.

 

Çıxışının sonunda tibb müəssisəsinin kollektivinə uğurlar arzulayan Eldar Quliyev yeni korpusun istifadəyə verilməsinin ölkə əhalisinin sağlamlığının qorunması istiqamətində işlərin davam etdirilməsinin bariz nümunəsi olduğunu vurğulayıb.

 

Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov və Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova ölkəmizdə sosial məsələlərin həlli, insanların yaxşı yaşaması, tibbi xidmətin səviyyəsinin daha da yüksəldilməsi üçün böyük işlərin görüldüyünü qeyd edib, həyata keçirilən tədbirlərə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

 

Xəstəxananın baş həkimi vəzifəsini icra edən Səriyyəxanım Səfərova çıxışında müasir avadanlıqlarla təchiz olunmuş xəstəxana korpusunun istifadəyə verilməsinə görə minnətdarlığını ifadə edib. O, bu səhiyyə ocağında pasiyentlərə yüksək səviyyədə və keyfiyyətli xidmətin göstərilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini qeyd edib.

 

Sonda tədbir iştirakçıları yeni korpusda yaradılmış şəraitlə, həmçinin tibbi müəssisənin həyətyanı sahəsində aparılmış abadlıq və yaşıllaşdırma işləri ilə tanış olublar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır