1000 ədəd qida əlavəsinin istehlak üçün yararsız olduğu aşkarlanıb
10.02.2021 18:30

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

 

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Rumıniyadan Azərbaycana “Jala Pharma” MMC tərəfindən idxal edilən 1000 ədəd 76 kiloqramlıq BIO SELEN ZN 30 CPS əmtəə nişanlı bioloji fəallığa malik qida əlavəsinə baxış keçirilib.

 

Baxış zamanı götürülən nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

 

Aparılan müayinələr nəticəsində idxal olunan məhsul partiyasında ağır metallar - qurğuşun və kadmiumun kütlə payının qüvvədə olan texniki normativ aktların tələblərinə cavab vermədiyi və istehlak üçün yararsız olduğu aşkarlanıb.

 

Agentlik tərəfindən məhsulların istehlaka yararsız olması ilə bağlı müvafiq qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır