Soyuqdəymə zamanı hansı tədbirlər görülməlidir? - Həkim-fitoterapevt Fizuli Hüseynov AÇIQLADI
09.02.2021 12:14
Soyuqdəymə zamanı bəzi tədbirlərin görülməsi həm xəstəliyin rahat keçməsinə, həm də xəstəlikdən fayda götürməyimizə səbəb olur. Ümumiyyətlə, ildə bir iki dəfə temperaturun olması bədən müqavimətinin daha da artmasına səbəb olur. Belə ki, temperaturun artması bədənin xəstəlik törədici amillərə qarşı mübarizəyə hazır vəziyyətdə saxlamağa kömək edir.
Aztibb.az xəbər verir ki, soyuqdəymə zamanı görülən tədbirlərə dair həkim-fitoterapevt Fizuli Hüseynov sosial şəbəkədə paylaşım edib. Onun sözlərinə görə, xəstəlik öskürmə, zökəm əlamətləri və temperaturla özünü büruzə verir. Virus xəstəlikləri antibiotik zamanı fayda etmir. Hər bir antibiotik bağırsaq mikroflorasındakı həm sağlam, həm də xəstə bakteriyaları öldürür, ona görə immunitet aşağı düşür və bundan sonra gələn ikinci virus xəstəlikləri zamanı orqanizm xəstəliyi çox çətin keçirir və ağır fəsadları ola bilir.
"Virus xəstəliyi zamanı daha çox istifadə olunan preparatlardan biri də C vitaminidir. Xatırladım ki, apteklərdə satılan C vitamini daha çox süni üsulla alınan vitaminlərdir, artıq bütün inkişaf etmiş dövlətlər süni yolla alınmış vitamin qəbulunu azaldıblar və daha çox üstünlüyü tərkibində zəngin C vitamini qaynağı olan meyvələrə və meyvələrin şirələrinə üstünlük verirlər", - deyə həkim-fitoterapevt bildirib.
O, qeyd edib ki, mandarin, portağal, balla şirinləşdirilmiş limon şirəsi kimi içkilərin içilməsi çox faydalıdır. Bəzən antibiotikləri xəstəlik zamanı ikinci bir orqanın zədələnməməsi üçün qəbul edirlər, məsələn, xəstəlikdən sonra haymorit və ya frontit kimi halların olmaması üçün. Bu zaman propolisdən istifadə edə bilərsiniz, propolisin içində 21 təbii antibiotik vardır və süni yolla alınmış antibiotik kimi əlavə təsirləri yoxdur, yalnız xəstə mikroorqanizmlərə təsir edir və bununla da immun sistemimizi zəiflətmir. Bu gün yayılmış xəstəliyin orqanizmə faydası isə belədir: insan orqanizmi xəstə olan zaman xarici mühit amilləri ilə mübarizəyə alışır, xəstəlik zamanı temperaturun qalxması orqanizmdə mübarizə getdiyinin əlamətidir, temperatur qalxan kimi tez aşağı salmağa çalışmayın, temperatur orqanizmi səfərbər edir, yalnız temperatur çox yüksəyə qalxdığı zaman müdaxilə edin, çünki yüksək temperatur bədənə zəhərli maddələrin sorulmasına səbəb olur. Temperaturu aşağı salmaq üçün yarı-yarıya su ilə durulaşdırılmış alma sirkəsindən istifadə edə bilərsiniz. Həmçinin alma sirkəsi ilə xəstənin qollarını və ayaqlarını tez-tez islada bilərsiniz. Ayaqlara sirkəli vanna edilməsi də yaxşı nəticə verir.
Xəstəlik zamanı xəstəyə bol su verin, su orqanizmdə xəstəlik törədicilərinin bədəndən xaric olmasına səbəb olur, xəstəlik zamanı tərkibində saponinlər olan bitki çaylarının içilməsi xəstəliyin qısa bir zamanda keçməsinə kömək edir. Saponinlər hormonlara bənzər maddələrdir halsızlığı, yorğunluğu qısa bir vaxtda götürür, orqanizmin toparlanmasına səbəb olur. Saponinlərlə zəngin bitkilərlə yanaşı, tərlədici bitkilərin verilməsi daha yaxşı nəticə əldə etməyə imkan verir. Məsələn: saponinlərlə zəngin biyan kökü, çobanyastığı və tərlədici cökə çiçəyi, kəklikotu, çayımızın həm də dadının yaxşı olması üçün bura məkkəgülüdə əlavə etmək olar. Bu qarışımın tərkibi belə olmalıdır:
Biyan kökü - 50 qram
Çobanyastığı - 100 qram
Cökə çiçəyi - 200 qram
Kəklikotu - 100 qram
Zəncəfil - 50 qram
Məkkəgülü - 50 qram
Bitkilər bir-birinə qarışdırılır, qarışıqdan 3 xörək qaşığı 4 stəkan suda dəmlənir, gündə 3 dəfə yeməkdən əvvəl 1-2 stəkan içilir.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
15.10.2026 | 09:50

