TƏBİB minaaxtaranlara ilk yardım kursu keçib
08.02.2021 17:00

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin təşkilatçılığı ilə “Göygöl Olimpiya Kompleksi”ndə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin təlimlərə yeni cəlb edilən 85 nəfərdən ibarət mina axtaranlar qrupuna nəzəri və praktiki iki hissədən ibarət “İlk yardım kursu (Basic Life Support)” keçirilib.

 

Aztibb.az xəbər verir ki, təlimin ilk hissəsində TƏBİB-in şöbə müdirləri - Emil İskəndərov, Qasım Əmrahlı və Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) direktor müavini Rüstəm Talışinski “İlkin Yaşam Dəstəyi”, “Qanaxmalar, sınıqlar, çıxıqlar, ilan sancması zamanı ilk yardım”, “Yaralıların təxliyyə prinsipləri” mövzularında mühazirələr oxuyub.

 

Daha sonra Elmi Cərrahiyyə Mərkəzinin əməkdaşları - Toğrul İbarhimov, İlham Budaqov, Elvin Məmmədov, Vüqar Behbudov, ETTOİ-nin əməkdaşları - Xəyal Dostuyev, Seymur Quliyev, İlham Şıxbabayev tərəfindən maniken və mulyajlar üzərində praktiki təlimlər verilib.

 

Sonda təlim iştirakçılarının qazandıqları nəzəri və praktiki bacarıqlar test sistemi vasitəsilə qiymətləndirilib.

 

Qeyd edək ki, Agentliyin Təlim Tədris mərkəzinin rəhbərliyi və iştirak edənlər tərəfindən təlim proqramı yüksək dəyərləndirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır