İnsult və infarkt keçirmiş insanlar üçün yaşıl çay və qəhvə – HƏYAT ELİKSİRİ
08.02.2021 14:21

Qəhvənin müntəzəm istifadəsi sağlam insanlarda insult riskini aşağı salır. Yaşıl çay və ya qəhvənin istifadəsi insult və ürək tutması keçirmiş insanlarda ölüm riskini 62%-ə qədər aşağı salır.

 

Aztibb.az mir24.tv-yə istinadla xəbər verir ki, yaponiyalı tədqiqatçıların araşdırmasında 40 yaşdan 79 yaşa kimi 46 000 insan iştirak edib.

 

Anketi doldururmuş iştirakçılar həyat tərzi, sağlamlıq və etdikləri pəhrizə dair sualları cavablandırıblar. Tədqiqat insult və ya ürək tutmasından sonra yaşıl çay və qəhvə istehlakının nəticələrini müəyyən etməyə çalışıblar.

 

Alimlər cavabları, həmçinin iştirakçılar arasında bu illər ərzində ölüm hallarına rast gəlinib-gəlinməməsini analiz ediblər. İnsultdan sonra sağ qalan və hər gün ən az yeddi fincan yaşıl çay içənlərdə bütün səbəblərdən ölüm faizi riski kofe içməyənlərə nisbətən 62% az olub.

 

Ürək tutması keçirmiş və gündə bir fincan qəhvə içən insanlar ölümün ümumi riski müntəzəm qəhvə içməyənlərlə müqayisədə, 22% azlıq təşkil edib.

 

Anamnezdə insult və ya ürək tutması keçirməmiş və həftədə bir və ya bir neçə fincan qəhvə içən insanlar isə müntəzəm qəhvə içməyən insanlarla müqayisədə bütün səbəblərdən ölüm faizinin 14% daha aşağı riskinə malik olublar.

 

Yaşıl çayın istehlakı insult və ürək tutmasından sonra insanlarda ürək-damar pozuntularının qarşısını ala bilər, qəhvənin istifadəsi isə sağlam insanlarda belə xoşagəlməz hadisələrin baş verməsinin qarşısını ala bilər.

 

Alimlər Yaponiyada içilən yaşıl çayla ənənəvi qərb pəhrizində istifadə olunan yaşıl çayın fərqli olduğu barədə xəbərdar edirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama