Antibiotik oğlan uşaqlarının böyüməsini ləngidir
08.02.2021 10:33

Bioloqlar müəyyən ediblər ki, doğuşdan sonrakı ilk iki həftədə oğlan uşaqlarına antibiotik vermək onların böyüməsini qarşıdakı altı il ərzində gecikdirə bilər.

 

Aztibb.az TASS-a istinadən xəbər verir ki, araşdırmanın nəticələri “Nature Communications” elmi jurnalında dərc edilib.

 

“Antibiotiklər yenidoğulan uşaqların sağ qalması üçün çox vacibdir, lakin uzun müddətli yan təsirlərə səbəb ola bilər. Bunları bilmək və öyrənmək lazımdır”, - araşdırmanın müəlliflərindən biri, Bar-İlana Universitetin professoru Omri Koren deyib.

 

Alimlər dərmanın uşaqların sağlamlığına və onların inkişafına necə təsir etdiyini müəyyən etmək üçün Finlandiyada 2008-2010-cu illər arasında anadan olan 12,4 min yeni doğulan körpənin sağlamlığını izləyiblər. Bütün körpələr sağlam doğulub və anadangəlmə xəstəlikləri mövcud olmayıb. Onların təxminən 9,3% -nə həyatının ilk iki həftəsində antibiotik təyin edilib.

 

Antibiotik qəbul edən oğlanların altı yaşında yaşıdlarına nisbətən kütləsində və boyunda fərq olduğu müəyyənləşib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub