Bağırsağın xərçəng şişindən müdafiəsini təmin edən - QARA GAVALI
08.02.2021 10:07

Qara gavalı qurusunun müntəzəm istifadəsi bağırsağın fəaliyyətini yaxşılaşdırır və xərçəng də daxil olmaqla onu xəstəliklərdən qoruyur.

 

Xarici diyetoloqlar Erin Kenni və Ceymi Miller “Shape” portalında qara gavalının bağırsaq sistemi üçün faydalarından bəhs edilər.

 

Aztibb.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu quru meyvə bağırsaqların peristaltikasına və boşalmasına müsbət təsir edir.

 

“Quru gavalı qəbizliyin qarşısını alan yüksək sellüloz tərkibli məhsuldur. Bu quru meyvənin tərkibi, həmçinin sorbitol və xlorogen turşusu ilə zəngindir”, - deyə ekspertlər izah edirlər.

 

Alimlər quru gavalının bağırsağın xərçəng şişindən müdafiəsini yaxşılaşdırmasını onun tərkibindəki mikroelementlərin antioksidant təsiri ilə əlaqələndirirlər. Bundan əlavə, quru gavalı hüceyrələri zədələyərək bədxassəli törəmələrin artmasına səbəb olan iltihab prosesinin azalmasına da kömək edir.

 

Mütəxəssislər qara gavalının tərkibindəki manqanın, eləcə də misin iltihab prosesi ilə əlaqəli zədələrdən sağlam hüceyrələri necə qoruduğunu izah ediblər. Onlar, həmçinin əlavə ediblər ki, bu quru meyvənin tərkibindəki antosiyan maddələr yoğun bağırsaqda xərçəngin inkişaf etmə riskini azaldır.

 

Diyetoloqlara görə, əks göstəriş olmadığı təqdirdə, gündə bir və ya iki quru meyvə yemək optimal sayılır. Mütəxəssislər qara gavalı qurusunun digər əhəmiyyətli üstünlükləri sırasında onun ürəyin fəaliyyətinə müsbət təsir göstərməsi ilə yanaşı, sümükləri möhkəmləndirməsini də qeyd ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama