İnsultun baş verməsini öncədən bilmək mümkündür -  Əsas əlamətlər
06.02.2021 12:07

Əgər sizin yanınızda yaşlı birinin qəflətən yıxıldığını və ayağa durarkən heç bir şey olmadığını dediyini görsəniz onu mütləq xəstəxanaya çatdırmağınız məsləhətdir. Çünki, bu insultun əlaməti ola bilər.


İnsult necə baş verir və onun ilkin əlamətləri hansılardır?


Aztibb.az xəbər verir ki, neyrobioloqlar insultun qəfil baş verdiyini,amma onun əlamətlərini özünü əvvəlcədən göstərdiyini söyləyirlər. İnsultun əlamətlərini əvvəlcədən bilmək xəstəni əlil olmaqdan və ölümdən xilas edə bilər.


İnsultun baş verəcəyini əvvəlcədən bildirən 4 əsas əlamət:


1. Yaşlı və insult şübhəsi olan adamdan dilini çölə çıxarmağı xahiş edin. Əgər o bunu edə bilmirsə, bu zaman mütləq həkimə müraciət edin.
2. İnsult şübhəsi olan adamdan gülümsəməyi xahiş edin. Əgər o gülə bilmirsə və ya bunu çətinliklə həyat keçirməyə çalışırsa deməli insult təhlükəsi var.
3. İnsult şübhəsi olmasını yoxlamaq istəyirsinizsə yaşlı adamdan əlini başına aparmağı xahiş edin. Əgər o əlini başına bir həmlədə deyil, kəsik hərəkətlərlə aparırsa, deməli, onun insult olma təhlükəsi var.
4. Yaşlı adamdan iki uzun sözü ardı-ardına söyləməyi xahiş edin. Əgər o bu sözləri deməyə çətinlik çəkirsə, o zaman onun insulta yaxalanma təhlükəsi var.


Mütəxəssislər aşağıdakı əlamətləri olan yaşlı adamların yaxınları tərəfindən həkimə aparılmasını vacib sayırlar. Bu əlamətlərə aiddir:


baş ağrıları;
- ətraflarda hissiyyatın itməsi;
- baş hərlənməsi və qəfil yıxılma;
- bir və ya iki tərəfli görmənin qəfil itməsi;
- qəfil və səbəbsiz baş verən ürəkbulanma;
- müvazinətın itməsi;
- huşun qəfil itməsi.

 

Mütəxəssislər yuxarıda qeyd olunanları ən azı ətrafınızda olan 10 adama söyləməyinizi xahiş edirlər. Çünki bu məlumatlar bir çox insult şübhəsi olan insanın həyatını xilas edər və onu əlil olmaqdan və ölümdən qoruyar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama