Cərimələr sərtləşdirilə bilər - Nazir müavini  
08.08.2020 11:29

Hökumət biznes faliyyətinin canlandırılması istiqamətində müvafiq tədbirlər görür.

 

Aztibb.az-ın məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf deyib.

 

Onun sözlərinə görə, müəyyən yumşaldılmalar olub və digər sahələr üzrə də müzakirə olunur. Pandemiya bitməyib, biznes nümayəndələri yeni tələblərə uyğunlaşmalıdır. Bu yumşalmalara getdikcə mütləq karantin qaydalarına əməl olunmalıdır: "Bu qaydalara tez bir zamanda uyğunlaşanlar daha tez inkişaf edəcəklər. Əgər bu qaydalara əməl olunmasa, hökumət yenidən qaydalara baxmalı olacaq. Əlbəttəki biz bunu istəmirik, əsas məqsəd insanların təhlükəsizliyidir".

 

Nazir müavini bildirib ki, hazırda cərimələrin sərtləşdirilməsi və digər cəza formaları ilə də bağlı müzakirələr aparılır. Yalnız məbləğ cəriməsi formasında deyil, digər istiqamətlər üzrə də müzakirlər aparılır: "Əsas tələb odur ki, müəyyən olunmuş tələblərə tam əməl olunsun. Biz vətəndaşlardan da xahiş edirik ki, bu qaydalara əməl etsinlər".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub