PROACT Təlim Proqramı çərçivəsində Sumqayıt şəhər 1 saylı doğum evi ziyarət edilib
04.02.2021 21:36

Fevralın 4-də 2000-dən artıq yerli səhiyyə işçisinin COVID-19 pandemiyasına qarşı profilaktik və cavab tədbirlər üzrə potensialının artırılması üçün həyata keçirilən PROACT Təlim Proqramı çərçivəsində UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqx və layihə meneceri Emin Məmmədli və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) tibbi xidmətlər departamentinin rəhbəri Firəngiz Əliyeva Sumqayıt şəhər 1 saylı doğum evini ziyarət ediblər.

 

Aztibb.az xəbər verir ki, UNICEF-in Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, USAID tərəfindən maliyyələşdirilən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) texniki dəstəyi və TƏBİB ilə birgə həyata keçirilən proqramın məqsədi infeksiyaların profilaktikası və onlara qarşı mübarizə; COVID-19 xəstəlik hallarının fərdi idarə olunması; əsas reanimatoloji tədbirlər; geniş reanimatoloji tədbirlər; xəstəxanaların fövqəladə hallara hazırlığı; tibbi nəzarət; fəal kütləvi müayinə (skrininq); testləşdirmə; təmas qrupların epidemioloji izlənilməsi; risklər haqqında məlumatlandırma kimi mövzularda məlumatlılığın artırılmasıdır. Növbəti dörd ayda müasir IT və tibbi avadanlıqla təchiz olunmuş 12 rayon tibb müəssisəsində Təlim Mərkəzinin açılması planlaşdırılır.

 

Bu proqram UNICEF-in, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Səhiyyə Nazirliyinin sıx tərəfdaşlığı üzərində qurulub.

 

İlk təlimçilər üçün təlimə (TÜT) ötən ilin dekabrında start verilib. Rayon təlim mərkəzlərində təlimin həyata keçirilməsinə 24 milli mütəxəssis təlimçinin cəlb edilməsi nəzərdə tutulur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır