Qış yorğunluğunu aradan qaldıran EFFEKTİV ÜSULLAR
04.02.2021 17:33

Mövsüm keçidləri arasında, xüsusilə qış aylarında gücümüz getdikcə azalır, bir çox insan enerji çatışmazlığından və depressiyadan şikayətlənir.

 

Aztibb.az xəbər verir ki, mütəxəssislər uzun qış günlərinin insanın sadəcə psixoloji deyil, fizioloji vəziyyətinə də mənfi təsir etdiyini deyib. Qışın sonu ənənəvi olaraq ilin ən çətin vaxtı hesab olunur.

 

Günəş işığı çatışmazlığı həm vitamin kasadlığına, həm də emosional və fiziki (əzələ) stressə gətirib çıxarır ki, bu da öd kisəsinin işinə mənfi təsir göstərə, hətta spazma səbəb ola bilər.

 

"Qışda bir çox vitamin bədən tərəfindən sovrulmur. Xüsusilə soyuq mövsümdə D vitamini çatışmazlığından əziyyət çəkirik. Bu vitamin əzələ tonusunu və aktivliyini artırır, immuniteti gücləndirir, qan təzyiqinin tənzimlənməsində iştirak edir, eyni zamanda qalxanabənzər vəzinin funksiyasını yaxşılaşdırır.

 

D vitamininin sorulmasını artırmaq üçün isti limonlu su içə bilərsiniz. Bu, öd yollarını rahatlaşdıracaq, fermentlərin istehsalını stimullaşdıracaq və immuniteti artıracaq. Balıq yağı kapsulu qəbul etmək də faydalı olacaq", - rusiyalı terapevt Olqa Burlakova açıqlamasında bildirib.

 

Rəngarəng geyimlər isə emosional vəziyyətinizi bərpa edən ən sadə texnikadır. Tarixən insanlar qışda tünd, qara paltarlar geyinməyə üstünlük verirlər və nəticədə demək olar ki, yarım ili boz rəngdə keçirirlər.

 

"Qarderoba parlaq aksessuarlar əlavə etməyə dəyər. Xüsusilə axşam saatlarında gəzintilərin köməyi ilə pis əhval-ruhiyyəni məğlub edə bilərsiniz. Bu, sinir sisteminə faydalı təsir göstərəcək. İşdə boş vaxtınız varsa, ofisdə oturmayın. Çölə çıxın. Yaxınlıqdakı kafedə qəlyanaltı etmək daha faydalıdır. Həftə sonları isə aktiv tətil seçin. Bu, tonusu bərpa edəcək. Digər yaxşı üsul isə yay tətiliniz üçün planlar qurmaqdır", - deyə psixoloq Natalya Malışeva məsləhət görür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama