AZ xərclə ÇOX faydalı reseptlər - Həkim-fitoterapevt
04.02.2021 16:38
Həkim-fitoterapevt Fizuli Hüseynov sosial şəbəkədə ucuz qiymətə başa gələn faydalı reseptlər paylaşıb. Qeyd edib ki, bu cür müalicələrin heç bir ziyanlı tərəfi olmur. Aztibb.az həmin reseptləri təqdim edir.
Alma ilə resept
Alma yeyən zaman qabıqlarını atmayın, ən keyfiyyətli sirkə alma qabığından alınandır. Almanı yeyən zaman tumu ilə birlikdə yeyin, alma tumu yodla və xərçəng əleyhinə təsir göstərən maddələrlə zəngindir.
Şaftalı ilə resept
Şaftalı yarpağı görən zaman toplayıb kölgədə qurudun, bunu bərabər miqdarda gavalı yarpağı qurusu ilə qarışdırıb, dəmləyib yeməkdən əvvəl içə bilərsiniz, öd durğunluğunda faydalıdır.
Gilas ilə resept
Cır vişnə (buna gilənar də deyirlər) ağacını görəndə ağacın uc hissəsindəki zoğlarından yığıb qurudun, qışda soyuqdəymə əleyhinə ən təsirli və tərlədici vasitədir. Gilasdan mürəbbə bişirən zaman saplaqlarını atmayın, gilas saplağı yaxşı sidikqovucu kimi həm böyrəkləri və sidik yollarını iltihabdan təmizləyir, həm də insanı arıqladır, bunun üçün saplaqları sadəcə dəmləyib içmək lazımdır. Xatırladım ki, cır gilasın tumlarını yığıb əzib toz formasına salın, şəkər xəstələri (2 ci tip şəkər) gündə 3 dəfəyarım çay qaşığı bu tozdan ağıza atıb üstdən 1 stəkan su içməlidirlər, çox əla bir şəkər salıcıdır. Xərçəng xəstələri isə antioksidant mənbəyi olaraq yuxarıda yazdığım formada qəbul edə bilərlər.
Heyva ilə resept
Heyva yarpağı dəmləməsi də soyuqdəymələrdə və öskürəkdə faydalıdır, heyva yarpağının dəmləməsi uşaqlıq kistalarının əridilməsi üçün də çox faydalıdır beləki qurudulmuş heyva yarpaqları doğranılır, 2 xörək qaşığı 3 stəkan suda dəmlənilir, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 stəkan içilir, müalicə müddəti 1 ay, müalicəni davam etdirmək istəsəniz 15 gün fasilə verib yenə davam edə bilərsiniz. bunun üçün heyvanın tumlarından da istifadə edə bilərsiniz, belə ki, heyva yeyən zaman tumlar çıxarılıb qurudulur və südlə dəmlənib içilir. Yarım çay qaşığı heyva tumunu bir stəkan soyuq suya atın, bir gün gözləyin, mədə yarası, qastrit və öskürəklərdə yeməkdən əvvəl için.
Söyüd yarpağı ilə resept
Söyüd yarpağı qurusu revmatizm zamanı dəmləmə formasında içilir. Söyüd yarpaqlarının dəmləməsi qanı duruldur, iltihab əleyhinə təsiri vardır, revmatizmlərdə qurudulmuş yarpaqlarından və ya cavan budaqların qurudulmuş qabıqlarından 2 orta xörək qaşığı götürüb 3 stəkan suda dəmləyib gündə 3 dəfə yeməkdən 2 saat sonra 1 stəkan içmək lazımdır.
Çiyələk mürəbbəsi bişirəndə saplaqları atmayın, kölgədə qurudun, qaraciyər xəstəliklərində və öd mənşəli köpmələrdə dəmləyib için.
Şabalıd ilə resept
Şabalıd meyvəsi qabıqlarının dəmləməsi böyrək daşlarını tökür və prostatit əleyhinə təsir edir. Çox güclü bir qandurulducudur. Bunun üçün 2 xörək qaşığı kiçik-kiçik doğranılmış qabıqlarından 3 stəkan suda dəmlənib gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilməlidir.
Qoz-fındıq ilə resept
Fındıq yarpağı dəmləməsi pozulmuş qan dövranını bərpa edir. Əgər sizin əlləriniz və ayaqlarınız həmişə soyuq olursa bu dəmləməyə bal əlavə edin, gündə 3 dəfə 1 stəkan için. Fındıq yarpağı prostat böyüməsi (hiperplaziyası) üçün də çox faydalıdır.
Qoz yeyən zaman arakəsməsini atmayın, yığıb qəhvəüyüdəndə üyüdün və 200 qramını yarım kiloqram bal ilə qarışdırıb məcun hazırlayın. Bu məcundan gündə 2 dəfə 1 çay qaşığı 1 stəkan suya qarışdırıb için. Məcun yod çatışmazlığını aradan qaldırır, beyin damarlarını açır və beynin qidalanmasını yaxşılaşdırır. Qoz yarpaqlarını dərəndə cavan yarpaqlardan yığıb qurudun, uşaqlarda və böyüklərdə vitamin əskikliyi zamanı dəmləyib, bal əlavə edib için. Qurudulmuş qoz yarpaqlarını qəhvəüyüdəndə toz formasına salın, xına ilə qarışdırın və dəmləyib saçınıza qoyun, bu zaman saçlarınız tünd şabalıdı rəngə boyanacaqdır.
Nar ilə resept
Nar yeyən zaman qabığını atmayın, nar qabığını qurudun və 2 çay qaşığı 1 stəkan suda 5 dəqiqə qaynadıb süzün, sonra bal əlavə edin, belə dəmləmənin ishallar zamanı içilməsi əvəzolunmazdır. Nar qabığının dəmləməsi ilə qarqara edən zaman ağız yaraları sağalır və diş əti bərkiyir.
Əzgil ilə resept
Əzgil saplağının dəmləməsi qanlı ishalı aradan qaldırır.
Zeytun yarpağı ilə resept
Təzyiqiniz və şəkəriniz varsa, hər gün zeytun yarpağı dəmləməsi için.
Soğan ilə resept
Bazarlarda soğan satanlar soğanın qabıqlarını soyub atırlar, əslində isə soğan qabıqları olduqca faydalıdır. İki ovuc soğan qabığı 2 litr süddə 10 dəqiqə vam odda qaynadılır, babasil xəstəliyi zamanı gündə 1 dəfə yarım saat bu dəmləmənin içində oturduqda düyünləri kiçildir.
Kələmin qabığı ilə resept
Kələmin ən vitaminli yeri atılan qabıqlarıdır. Kələmi soyduqca vitamini azalır.
Limonun qabığı ilə resept
Limonlu çay içəndə limonun qabığını soyub, qurudub saxlayın, limon qabığı köpmələrdə və həzmsizlikdə çay kimi dəmlənilib içilir. Limon qabıqları həm də qurdqovucudur.
Portağal qabığı ilə resept
Portağal qabıqlarını qurudub saxlayın. Qurudulmuş qabıqdan 100 qram götürüb 0,5 kq bal ilə qarışdırıb məcun hazırlayın. Məcundan gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yeyin. Bu əla qurdqovucu vasitədir.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
15.10.2026 | 09:50

