"Şüa müayinəsi zamanı aşkar edilən bütün əlamətlər hər hansı infeksiya üçün spesifik deyil"
04.02.2021 13:01
Hər hansı pnevmoniya erkən mərhələdə – təxminən ilk 5 gün ərzində nə rentgenoqrafiya, nə də kompüter tomoqrafiyası vasitəsilə müəyən edilə bilmir. Ona görə də, özbaşına, kəskin respirator virus infeksiyası əlamətləri olmadan şüa diaqnostikası metodlarından istifadəni tövsiyə etmirəm. Hətta RNT SARS-CoV-2 testinin müsbət çıxdığı zaman da bunu etmək məsləhət deyil. Hər bir halda belə bir müayinə həkim göstərişi əsasında baş verməlidir!
 
“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının rentgenoloqu Natalya Astraxantseva “Koronavirusdan şübhələndikdə rentgen və KT müayinəsindən keçmək lazımdırmı?” sualını cavablandırarkən belə deyib.
 
Həkim bildirib ki, təbabətin keyfiyyət baxımından inkişafı həmişə “sıçrayışlar” şəklində baş verib: yüzilliklər boyu davam edən “qara ölüm” – taun və vərəm xəstəliklərinin yayılması antibiotiklərin kəşfindən sonra sona çatdı, qanqrenalar dövrü aseptika və antiseptika tətbiq edilməyə başladıqdan sonra bitdi, palpasiya və auskultasiya üsullarının məhdudiyyətləri rentgenoloji görüntüləmə metodları hesabına aradan qalxdı. Çox ehtimal ki, COVID-19 pandemiyası növbəti sıçrayışa – unikal, tamamilə yeni və effektiv, təhlükəsiz, keyfiyyətli, rəqəmsal, daha rahat şüa diaqnostikası sisteminin yaradılmasına zəmin yarada bilər:
 
"Bir əsrdən çoxdur ki, rentgenoqrafiya mövcuddur və tibb sahəsində bu üsuldan geniş istifadə edilir. Bir sıra xəstəliklərin diaqnostikasında kompüter tomoqrafiyası ilə müqayisədə standart rentgenoqrafiya müəyyən diaqnostik məhdudiyyətlərə və daha az həssaslığa malikdir.
 
Lakin bu üsulun bir çox üstünlükləri də vardır: əlçatan olması, çoxlu sayda pasiyentin müayinə oluna bilməsi, daşına bilən rentgen qurğularından istifadə imkanı (stasionarda, reanimasiyada, ağır xəstələrin yerləşdiyi yerdə quraşdırılması) və nəticədə müxtəlif patologiyaların ilkin diaqnostikasının mümkünlüyü.
 
Şüa müayinəsi zamanı aşkar edilən bütün əlamətlər, o cümlədən KT-simptomlar hər hansı infeksiya üçün spesifik deyil və koronavirus diaqnozunun qoyulması üçün əsas vermir. Orqanların şüa müayinəsinin nəticələri hazırkı pandemiya zamanı RNT SARS-CoV-2 müayinəsinin nəticələrini əvəz etmir.
 
Eyni zamanda, rentgenoqrafiya və ya KT müayinəsi zamanı döş qəfəsi orqanlarında dəyişikliklərin olmaması COVID-19 infeksiyasının olmasını və bu müayinədən sonra pasiyentdə onun inkişaf edə biləcəyini istisna etmir. Bütün bunlar pasiyentlərin özünümüalicə ilə məşğul olmaması üçün əsas səbəblərdir. Hər hansı virusu, infeksiyanı özbaşına müalicə etməyin, bütün müayinələri, o cümlədən şüa diaqnostikası metodlarını yalnız həkimin göstərişi ilə edin. Özünüzü və yaxınlarınızı qoruyun, həkimlərə güvənin, etibar edin".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama