Azərbaycan 506 400 doza AstraZeneca/Oxford vaksini alacaq
04.02.2021 13:20

İlin birinci yarısında COVAX proqramı çərçivəsində 145 ölkədə əhalinin ən azından 3.3 faizi peyvənd olunacaq.

 

Aztibb.az xəbər verir ki, bu barədə COVAX təşəbbüsündə iştirak edən ölkələr arasında koronavirusa qarşı vaksinlərin paylanmasının ilk aralıq proqnozunda deyilir. Azərbaycan bu təşəbbüsün üzvüdür.

 

Xatırladaq ki, COVAX COVID-19 əleyhinə vaksinlərin mərkəzləşdirilmiş şəkildə satın alınması və paylanması üzrə unikal təşəbbüsdür. Bu təşəbbüs çərçivəsində hökumətlər və istehsalçılar həm zəngin, həm də aşağı gəlirli ölkələrin peyvəndlə təmin edilməsi məqsədilə əməkdaşlıq edirlər.

 

COVAX çərçivəsində Azərbaycan 506 400 doza, Gürcüstan 184.800 doza AstraZeneca / Oxford və 29.250 doza Pfizer / BioNTech, Ermənistan isə 146.400 doz aAstraZeneca / Oxford alacaq.

 

Vaksinlərin ölkələrə çatdırılması prosesi fevral ayının sonunda başlanacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub