Qazaxıstanda yaşayan azərbaycanlı ailəsində dördəm əkizlər dünyaya gəlib
03.02.2021 22:45

Qazaxıstanın Mangistau vilayətində 30 il ərzində ilk dəfə dördəm əkizləri dünyaya gəlib. Bu dördəm əkizlər sevinci vilayətdə həmyerlilərimizin ailəsində yaşanıb.

 

Aztibb.az xəbər verir ki, ailə uşaqlara Azərbaycan Respublikasının doğum haqqında şəhadətnamənin alınması üçün ölkəmizin Aktaudakı Baş konsulluğuna müraciət ediblər. Baş konsulluqdan doğum haqqında şəhadətnamənin rəsmiləşdirildiyini bildirdilər.

 

Doğulanların ən böyüyünün çəkisi 1390 qram, ən kiçiyinin - 1190 qramdır. Yeni doğulanlar 36 gün ərzində Perinatal Mərkəzin həkimlərinin nəzarəti altında olublar. Həm yeni doğulmuş körpələrin, həm də ananın səhhəti yaxşıdır.

 

Əkizlərdən 3 qız, 1 oğlan uşaqlarının adları Rəsul, Fənarə, Ayla və Narindir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub