Gün ərzində 30-50 qram çərəz qəbul edilməsi orqanizm üçün faydalıdır
03.02.2021 22:40

Orqanizmdə asan və rahat həzm edilən çərəzlər rasionda yer alan xeyirli qidalardandır. Faydalı maddələrlə zəngin olmaqla yanaşı, çərəzlər enerji və zülal mənbəyidir. Qoz, fındıq və digər çərəzlər tərkibində olan müxtəlif vitamin və mikroelementlərlə yaddaşı gücləndirir, eyni zamanda əqli fəaliyyətə müsbət təsir göstərir. lakin onların allergik və qıcıqlandırıcı təsirləri nəzərə alınaraq gün ərzində 30-50 qram arasında qəbul olunmalıdır.

 

Qida dəyərləri yüksək olduğundan gündəlik vitamin tələbatını bir ovuc çərəzlə də əvəz etmək mümkündür. Bakıdakı 6 nömrəli poliklinikanın Terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova AZƏRTAC-a deyib: “Qida bişdikcə tərkibində olan bir sıra vitaminlər, o cümlədən S vitamini 50, A vitamini 70 faiz azalır. Həmin vitaminləri çərəzlər vasitəsilə daha çox miqdarda qəbul edilir”.

 

Həkim-terapevtin dediyinə görə, qoz, fındıq, püstə kimi çərəzlər qanda xolesterolun səviyyəsini tənzimləyir, böyrəyin fəaliyyətinə müsbət təsir göstərir: “Dəriyə faydasına görə bəzi kosmetoloji məhsulların hazırlanmasında da onlardan alınan yağlardan istifadə olunur. Qozun tərkibində olan Omeqa-3 yağ turşuları diabeti, yüksək qan təzyiqini və depressiyanı aradan qaldırmağa kömək edir. Qoz istehlakı ürək xəstəlikləri riskini azaldır, beyinin işini gücləndirir. Ürək-damar sistemi üçün çox əhəmiyyətlidir”.

 

Araşdırmalara görə, bir çox qidalardan fərqli olaraq çərəzlərin tərkibində olan faydalı maddələr bir neçə il qala bilir. Qəbul edilən bir ovuc çərəz günə gümrah və sağlam başlamağa səbəb olur.

 

Lakin mütəxəssislər çərəzlərdən istifadə edərkən diqqətli olmağı tövsiyə edirlər. Onun gündəlik qəbulu zamanı allergik təsirlərini də unutmaq olmaz.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama