Qan damarlarının təmizlənməsi üçün effektiv vasitə - Yonca toxumu
03.02.2021 15:21

İllər ərzində qan damarlarının divarında müxtəlif zərərli maddələr yığılır. Yığılıb qalmış bu maddələr arteriya damarlarının daralmasına və qanın yaxşı işləməməsinə səbəb olur. Arteriya damarlarının daralması müxtəlif infeksiya xəstəliklərindən və xolesterinin çox olmasından baş verir, ürəkdə və beyində müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur.

 

Aztibb.az xəbər verir ki, damarların təbii yollarla effektiv təmizlənməsi üçün yonca toxumu effektiv vasitədir. Yonca toxumu qanda olan xolesterinin miqdarını azaldır və onları təmizləyir. Yonca toxumunun tərkibindəki liflər xolesterini və ödü udmaq qabiliyyətinə malikdir. Onun bu xüsusiyyəti arteriya damarlarında olan yağların və toksinlərin təmizlənməsinə səbəb olur.

 

Hazırlanması:

 

1 stəkan suya 1 çay qaşığı yonca toxumu əlavə edilib 5 dəqiqə qaynadılır. Qaynadıqdan sonra dəmləməni dadlandırmaq üçün 1 qaşıq bal əlavə edilir və qarışdırılır.

 

Qarışım səhər və axşam içilir. İçki səhərlər acqarına, axşamlar isə yatmazdan öncə qəbul edilməlidir.

 

Mütəxəssislər müalicə müddətində aşağıdakılara əməl etməyi məsləhət bilirlər:

- qida rasionundan yağlı yeməkləri çıxarmağı;
- şəkər qəbulunun miqdarı azaltmağı;
- siqaretdən uzaq durmağı;
- meyvə-tərəvəzlərdən çoxlu istifadə etməyi;
- gün ərzində 2-3 fincan yaşıl çay içilir;
- gün ərzində bir neçə qoz yeyilməlidir.

 

Dəmləmə ən az 1 ay hər gün içilməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama