Kənd Təsərrüfatı Nazirliyi süni mayalanma mütəxəssisləri hazırlayır
02.02.2021 12:14

Kənd Təsərrüfatı Nazirliyi süni mayalanma mütəxəssislərinin hazırlığı üçün yeni təlimə başlayır. Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) icra etdiyi layihə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilir.

 

5 günlük təlim fevralın ilk həftəsində Göygöldəki Respublika Süni Mayalanma Mərkəzində keçiriləcək. Təlimdə iştirak üçün Ağdaş, Ağcabədi , Bərdə, Qusar, Sabirabad, Zaqatala, Lənkəran rayonlarından baytar həkimlər və zootexniklər müraciət ediblər. COVID-19 pandemiyası ilə əlaqədar olaraq, təlimlər kiçik qruplar şəklində ardıcıl təşkil olunacaq.

 

Mütəxəssis hazırlığı əhalinin heyvan mənşəli məhsullara tələbatını ödəmək üçün daha məhsuldar heyvanların yetişdirilməsi, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə atılan addımların tərkib hissəsidir. Ölkədə damazlıq heyvan alışına 60% dövlət güzəşti ilə yanaşı, süni mayalanma ilə doğulan hər buzova görə fermerlərə 100 manat subsidiya ödənilir. Fermerlərin təsərrüfatlarını inkişaf etdirməkləri üçün böyük ehtiyac duyduqları süni mayalanma mütəxəssislərindən yüksək hazırlıq tələb olunur. Həm ana heyvanın, həm də doğulacaq balanın sağlamlığı əsasən mütəxəssislərin bilik və bacarıqlarından asılıdır.

 

Təlimdə iştirakçılara nəzəri biliklər öyrədilməkdən əlavə, canlı heyvanlar üzərində praktiki bacarıqlar qazanmaq imkanı da yaradılacaq.

 

İndiyədək FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində süni mayalanma mütəxəssisləri üçün 4 təlim keçirilib. Baytarlıq və zootexniklik üzrə ixtisaslara yiyələnmiş şəxslərin özünüməşğulluq fəaliyyəti üçün bu təlimlərin böyük töhfəsi müşahidə edilir. Mütəxəssislərin fəal iştirakına nail olmaq məqsədilə təlimləri uğurla başa vuran texniklər fəaliyyətlərini fasiləsiz davam etdirməkləri üçün sertifikat, süni mayalanma ləvazimatları ilə təmin olunacaqlar.


Təlim iştirakçılarına qalmaq, yemək və istirahət üçün şərait dövlət tərəfindən təmin edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır