Çində yüksək patogen quş qripinə yoluxmalar aşkarlanıb
02.02.2021 11:58

Çinin paytaxtı Pekində yüksək patogen quş qripinə (H5N8) yoluxmalar qeydə alınıb.

 

Bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Bildirilir ki, H5N8 virusu Pekinin turizm məkanlarından olan "İmperatorun Yay Sarayı" parkının ərazisindəki bir neçə qu quşunda aşkarlanıb, onlardan üçü ölüb. Səlahiyyətli qurumlar dərhal ərazidə cavab tədbirlərinə başlayıblar. Ərazi dezinfeksiya edilib, ölü quşlar təhlükəsiz şəkildə məhv edilib.

 

Qeyd edək ki, quş qripi (avian influenza) müxtəlif növ quşların və heyvanların kəskin gedişli kontagioz xəstəliyidir. Xəstəliyin törədicisi əksər hallarda vəhşi quşlar vasitəsilə yayılır. Ev quşlarının yoluxması da xəstə vəhşi quşlarla yaranan birbaşa təmas, həmçinin onların ifrazatları ilə çirklənmiş ətraf mühitdən qaynaqlanır. Beynəlxalq tələblərə görə, quş qripinin yüksək və aşağı patogenli tipləri ilə yoluxma aşkar edildiyi halda bütün quşlar tələf edilməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır