Azərbaycanda meyitdən orqan köçürülməsi əməliyyatlarına başlanacaq
02.02.2021 10:45

1 yanvar 2022-ci ildən Azərbaycanda meyitlərdən orqan köçürülməsi əməliyyatlarına start veriləcək.

 

Bunu Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi bildirib.

 

M.Kazıminin sözlərinə görə, ötən il Prezident İlham Əliyevin imzaladığı “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” yenilənmiş Qanun buna imkan verir:

 

“Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Bununla da 2022-ci ildən Azərbaycanda meyitlərdən alınmış orqan transplantasiya əməliyyatlarını icra edə biləcəyik”.

 

Transplantoloq deyib ki, hazırda yalnız canlı orqan transplantasiyası icra edilir:

 

“Amma meyitlərdən götürüləcək orqanlar hesabına ürək, ağciyər, qaraciyər, böyrək, gözün buynuz qişası, mədəaltı vəzi kimi orqanların transplantasiyasını həyata keçirə biləcəyik. Bununla da orqan yetməzliyindən əziyyət çəkən insanların yaşama şansı daha çox artacaq”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır