Tibb elminin görkəmli nümayəndəsi Surxay Musayevi 70 illik yubileyi münasibətilə təbrik edirik!
01.02.2021 10:20
Yanvarın 31-i Azərbaycanın dəyərli ziyalısı, tibb sahəsinə öz töhfəsini vermiş, ATU Tədris Terapevtik Klinikasının direktoru, professor, tibb elmləri doktoru, əməkdar elm xadimi, əməkdar həkim Surxay Musayevin 70 yaşı tamam oldu.
Professor Surxay Musayev 1951-ci il fevralın 1-də Samux rayonunun Füzuli kəndində anadan olmuşdur.
1968-1974-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun ( indiki Azərbaycan Tibb Universiteti) Pediatriya fakültəsində təhsil almışdır. Təhsil illərində dərs əlaçısı, tələbə elmi cəmiyyətinin fəal üzvü və universitetin ictimai həyatında fəal iştirak edən tələbə kimi Nəriman Nərimanov adına təqaüdə layiq görülmüşdür. Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra adlı təqaüdçü kimi Elmi Şuranın qərarı ilə elmi-pedoqoji-tibbi fəaliyyətlə məşğul olmaq üçün hospital Pediatriya kafedrasında saxlanılmışdır.
1977-ci ildə I Uşaq Xəstəlikləri kafedrasının assistenti seçilmişdir. Kafedrada fəaliyyətinin ilk vaxtlarından kafedranın bir qrup əməkdaşı ilə birlikdə təbabətin ən aktual problemlərindən biri olan arterial hipertoniyanın uşaqlarda gediş xüsusiyyətlərini öyrənməyə başlamışdır.
1981-ci ildə SSRİ Ali Sovetinin Fərmanı ilə “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
1985-ci ildə Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyasının Elmi-tədqiqat Pediatriya İnstitutunda “Uşaq və yeniyetmələrdə ilkin arterial hipertoniya zamanı kallikrein-kinin sisteminin vəziyyəti” mövzusunda dissertasiyamüdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır.
1986-cı ildə I Uşaq Xəstəlikləri kafedrasının dosenti seçilmişdir. Keçmiş SSRİ Səhiyyə və Təhsil Nazirliklərinin, Respublika Səhiyyə Nazirliyinin Fəxri Fərmanları, “Səhiyyə əlaçısı” döş nişanı (1987) ilə təltif olunmuşdur.
1988-1992-ci illərdə o, İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının (indi I Moskva tibb universiteti) uşaq xəstəlikləri klinikasının doktorantı olmuş və “ Uşaqlarda birləşdirici toxumanın diffuz xəstəlikləri (sistem qırmızıqurd eşənəyi, dermatomiozit, sistem sklerodermiyası) zamanı həzm orqanlarının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası üzərində işləmişdir.
1992-ci ildə həmin akademiyada müvəffəqiyyətlə dissertasiya müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi almışdır.
1992-ci ildə I Uşaq Xəstəlikləri kafedrasının professoru vəzifəsinə seçilmişdir.
Professor Surxay Musayev respublika və bir çox xarici ölkələrdə çap olunmuş 150-dən çox elmi əsərin, o cümlədən dərs vəsaitlərinin, metodik tövsiyyələrin və monoqrafiyanın müəllifidir. Rəhbərliyi altında 6 elmlər namizədi yetişmiş, 4 nəfər gənc tədqiqatçı isə namizədlik dissertasiyası üzərində işləyir. Onlarla doktorluq və namizədlik dissertasiyalarının rəsmi opponenti və rəyçisi olmuşdur.
2000-ci ildə Respublika Prezidentinin Sərəncamı ilə “Əməkdar həkim”, 2010-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının qərarı ilə “Həmkarlar İttifaqlarının 100 illiyi” və “Həmkarlar İttifaqında xidmətlərinə görə” medalları ilə təltif olunmuşdur.
Hörmətli Surxay müəllimi 70 illik yubileyi münasibətilə ATU Tədris Terapevtik Klinikasının bütün kollektivi adından səmimi qəlbdən təbrik edir, ona şəxsi və iş həyatında daimi uğurlar, yeni-yeni nailiyyətlər və möhkəm can sağlığı arzulayırıq.
Yubileyiniz mübarək!
Bu bölməyə aid digər xəbərlər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

