Tanınmış bioloq alim Validə Əlizadənin 75 yaşı tamam olur
31.01.2021 15:23

Yanvarın 31-də Azərbaycanın tanınmış bioloq alimi, “Şöhrət” ordenli, Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadənin 75 yaşı tamam olur.

 

Aztibb.az xəbər verir ki, Validə Mövsüm qızı Əlizadə 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bitirmişdir.

 

V.Əlizadə 1974-cü ildə namizədlik (Moskva), 1994-cü ildə doktorluq (Bakı) dissertasiyalarını müdafiə etmiş, 2014-cü ildə AMEA-nın müxbir üzvü,  2017-ci ildə isə həqiqi üzvü seçilmişdir. 

 

1971-1973-cü illərdə Azərbaycan EA Botanika İnstitutunda baş laborant, 1973-1980-ci illərdə kiçik elmi işçi, 1980-1994-cü illərdə böyük elmi işçi, 1994-1995-ci illərdə aparıcı elmi işçi, 1995-ci  ildən isə şöbə müdiri kimi fəaliyyət göstərmişdir. 1996-2011-ci illərdə AMEA Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 2011-ci ildən AMEA Botanika İnstitutunun direktorudur.

 

Alimin elmi fəaliyyətinin əsasını ətraf mühitin gərginliyi şəraitində bitkilərin formalaşması, davamlılığının hüceyrə və molekulyar mexanizmləri, ətraf mühitin çirklənməsinin bioindikasiyası və remediasiyasında yerli floranın bəzi növlərinin rolu kimi bitkilərin ekoloji fiziologiyası probleminin öyrənilməsi təşkil edir. Eyni zamanda, biomüxtəliflik, onun qorunması və davamlı inkişafı istiqaməti də onun elmi maraq dairəsini əhatə edir. 1998-ci ildən başlayaraq müxtəlif beynəlxalq elmi proqramlarda fəal iştirak etmiş və dəfələrlə xarici həmkarlarla müştərək elmi layihələrin milli koordinatoru və iştirakçısı olmuşdur. O, 200-ə yaxın elmi əsərin, o cümlədən 2 ixtiranın müəllifidir.

 

1993-cü ildə V.Əlizadə Beynəlxalq elm fondu fərdi qrantı ilə mükafatlandırılmış, 2005-ci və 2011-ci illərdə elmi-pedoqoji və təşkilatçılıq sahəsində nümunəvi xidmətlərinə görə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilmiş, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Şöhrət” Ordeninə layiq görülmüşdür.

 

Biologiya sahəsində görkəmli alimi 75 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona uzun ömür, möhkəm can sağlığı, elmimizin inkişafı yolunda yeni nailiyyətlər arzulayırıq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır