Mərkəzi Gömrük Hospitalının əməkdaşları təltif edilib
30.01.2021 23:19
Gömrük işçilərinin peşə bayramı günü münasibətilə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev əmr imzalayıb. Əmrə əsasən, Mərkəzi Gömrük Hospitalının 6 əməkdaşına vaxtından əvvəl xüsusi rütbə verilib. Belə ki, 1 nəfər Fəxri fərman, 5 nəfər Təşəkkürnamə, 8 nəfər “Gömrük orqanlarında xidmətə görə” 3-cü dərəcəli döş nişanı, 1 nəfər isə “Gömrük Xidmətləri Əlaçısı” döş nişanı ilə təltif olunub.
 
Hospitaldan Aztibb.az-a verilən məlumata görə, fəaliyyət göstərdikləri dövrdə vəzifələrini ləyaqətlə yerinə yetirdiklərinə, səhiyyənin müasir metodlarını öz təcrübələrində tətbiq etdiklərinə, eləcə də koronavirusa qarşı mübarizədə xüsusi xidmətlərinə görə Mərkəzi Gömrük Hospitalının rəis müavini Bəxtiyar Musayevə, Poliklinika şöbəsinin rəisi Tamilla Əliyevaya, Təcili tibbi yardım şöbəsinin rəisi Rəna Qasımovaya, Əməliyyatxana, anesteziologiya və reanimasiya şöbəsinin rəisi Tural Sadıqova və Radiologiya şöbəsinin rəisi Eldəniz Hüseynova vaxtından əvvəl tibb xidməti polkovnik-leytenantı, Alqı-satqı və təchizat şöbəsinin rəisi Fərid Əliyevə isə vaxtından əvvəl tibb xidməti mayoru rütbəsi verilib.
 
Bundan başqa, Əməliyyatxana, anesteziologiya və reanimasiya şöbəsinin həkim-anestezioloq-reanimatoloqu Xəyal Məmmədov Azərbaycan Respublikası Gömrük İşini aparan İcra Hakimiyyəti orqanının Fəxri fərmanı ilə təltif olunub. Hospitalın Texniki-təsərrüfat şöbəsinin rəisi Rəşad Fərəcova, Qan bankı şöbəsinin həkim-bioloqu Gülxar Quliyevaya, KVC şöbəsinin cərrahı Kənan Əsədova və Travmatologiya və ortopediya şöbəsinin travmatoloq-ortopedi Müseyib Əhmədova Təşəkkürnamə ilə tətif ediliblər.  
 
Eləcə də, hospitalın Radiologiya şöbəsinin həkim-sonoloqu Günay Əhmədova, Patomorfoloji diaqnostika şöbəsinin tibb bacısı Səkinə Əliyeva, Cərrahiyyə şöbəsinin böyük tibb bacısı Amaliya Əliyeva, Alqı-satqı və təchizat şöbəsinin anbar üzrə məsul şəxsi Natiq Məmmədov, Stomatologiya şöbəsinin tibb bacısı Məlahət Kərimova, Laboratoriya şöbəsinin həkim-immunoloqu Təranə Qonaqova, Nefrologiya və efferent terapiya şöbəsinin tibb bacısı Gülşən Rüstəmova və Əməliyyatxana, anesteziologiya və reanimasiya şöbəsnin tibb bacısı Nigar Şərifova “Gömrük orqanlarında xidmətə görə" 3-cü dərəcəli döş nişanı ilə təltif olunublar.
 
Mərkəzi Gömrük Hospitalının Xəstə xidmətləri şöbəsinin rəisi Gülşən İmanova isə"Gömrük xidməti əlaçısı" döş nişanına layiq görülüb.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır