Qırmızı soğan xərçəng əleyhinə potensiala malikdir - Diyetoloq
31.01.2021 13:28

Rusiyalı diyetoloq sağlamlığı imkan verən insanlara hər gün balaca bir soğan yeməyi məsləhət görür.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, diyetoloq Mixail Ginzburqun sözlərinə görə, soğan xərçəng əleyhinə potensialı olan qidalardandır. “Bir çox insanlar aktivləşə biləcək yatan xərçəng ocaqlarına malikdirlər. Əgər iltihab yaranırsa və onun rüşeymləri şişlərə təsir edirsə, bu zaman yeni törəmələrin ekspansiv artımına səbəb olan proseslər baş verə bilər”, - deyə o bildirib.

 

Mütəxəssis deyib ki, xərçəngin “rüşeymi” qan damarlarından qidalanır. Bununla belə, xərçəng şişi qan damarlarına bitişəndə daha da böyüyür. Bəzi ərzaqların tərkibində bunun qarşısını alan maddələr var.

 

M.Ginzburqun fikrincə, soğan bədxassəli şişlərin böyüməsinə mane olan məhsullar sırasındadır.

 

“Soğanın tərkibində damarın divarlarını gücləndirən və soyuqdəymənin qarşısını ala bilən kvertisin var. Soğan ilə yanaşı, sarımsaq, sarıkök, zəncəfil də onkostatik təsirə malikdir”, - deyə diyetoloq söyləyib.

 

M. Ginsburq bu baxımdan antioksidantların böyük dozalarına malik olan qırmızı soğanın xüsusilə faydalı olduğunu bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama