Lənkəranda 1445 tibb işçisi peyvənd olunub
29.01.2021 12:54

Ölkəmizin bütün bölgələrində olduğu kimi, Lənkəran rayonunda da COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası uğurla davam etdirilir. Rayon mərkəzi xəstəxanasında əvvəlcə tibb işçiləri peyvənd olunurlar.

 

Lənkəran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktor müavini Taleh Məmmədlinin sözlərinə görə, rayon mərkəzi xəstəxanasında təhlükəli virusa qarşı mübarizə məqsədilə qeydiyyat, 5 peyvənd, 2 həkim, təcili yardım və post vaksinasiya otaqları ayrılıb. Xəstəxanada peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.

 

Rayonda peyvəndləmə işlərinə 30-a yaxın həkim və tibb işçisi cəlb olunub. Vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə onlayn qeydiyyatdan keçdikdən və həkimlər tərəfindən müayinə edildikdən sonra peyvənd olunurlar. Peyvənd olunan şəxs 20-30 dəqiqə ərzində post vaksinasiya otağında qaldıqdan sonra hər hansı fəsad verməsə, evə buraxılır. İndiyədək rayonda çalışan 1600 tibb işçisindən 1445 nəfəri peyvənd olunub. Peyvənd olunanlara vaksinin ikinci dozası 21 gün sonra vurulacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır