Aİ Azərbaycanda pandemiyanın mənfi təsirlərini aradan qaldırmaq üçün addımlar atacaq
29.01.2021 10:00

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi regionların və kənd yerlərinin inkişafı ilə bağlı 8 layihə həyata keçirir.

 

Bu barədə Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas “Telişli ekomiqrant icmasında bazar rəqabətli gəlir mənbələrinin formalaşması üçün kənd təsərrüfat təşəbbüsləri” layihəsinin nəticələrinə həsr olunmuş onlayn brifinqdə deyib.

 

Bu layihələrin regionların inkişafına, eyni zamanda, kənd təsərrüfatına dəstək məqsədi daşıdığını vurğulayan nümayəndəliyin rəhbəri deyib: “Biz inanırıq ki, vətəndaş cəmiyyətinin inkişafı ilə həqiqi inkişafa nail olmaq mümkündür. Layihələrimizin məqsədi regionların inkişafına dəstək vermək, gənc nəslin təhsilinə şərait yaratmaqdır”.

 

Azərbaycan hökuməti ilə növbəti 2 illik proqramın razılaşdırıldığını və artıq maliyyə vəsaitinin də ayrıldığını diqqətə çatdıran K.Yankauskas bildirib ki, bu proqramda əsas diqqət pandemiyanın sosial-iqtisadi sahələrə mənfi təsirlərinin aradan qaldırılmasına yönəlib.

 

“Azərbaycanla bağlı Aİ-nin maliyyə alətlərinin mövcudluğunu nəzərə alaraq növbəti 5-7 il üçün prioritetlər müəyyən ediləcək. Görülən işlərin sahəsi genişdir. Biz vətəndaş cəmiyyəti layihələri üzərində işləyəcəyik. Regionların inkişafı ilə bağlı işlərimizi davam etdirib uğur qazanacağıq. Bu Azərbaycanın digər əraziləri üçün də yaxşı bir nümunə olacaq. Bu uğurları çoxaltmaqla insanları belə layihələrə təşəbbüs etmələrinə inandırmaq lazımdır. Görülən və gələcəkdə baş tutacaq layihələrdlə bağlı fevralın ortasında yeni veb səhifənin təqdimatını keçirəcəyik, oradakı xəritə bütün Azərbaycan ərazisini əhatə edəcək”, - deyə o əlavə edib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır