Koronavirusun “Britaniya” ştammının - Xüsusiyyətləri
29.01.2021 10:11

Koronavirusun “Britaniya” ştammı adlanan yeni növü əsasən öskürək, güclü yorğunluq, boğaz və əzələ ağrıları kimi simptomlarla xarakterizə olunur. Bununla yanaşı, Böyük Britaniyanın Milli Statistika Xidməti müəyyənləşdirib ki, “Britaniya” ştammında iybilmə qabiliyyətinin itirilməsi “çin” variantına nisbətən özünü daha zəif büruzə verir.

 

Aztibb.az Hərbi Hava Qüvvələrinə (HHQ) istinadla xəbər verir ki, təşkilat İngiltərədə COVID-19-a tutulmuş 6 min təsadüfi sakindən götürülən məlumatlar əsasında bu nəticəyə gəlib.

 

Yoluxanların çoxunda bu üç simptomdan ən az biri aşkarlanır.

 

İlk dəfə Kent qraflığında 2020-ci ilin sentyabrında müəyyənləşdirilən yeni ştamm virusun ilkin variantından daha sürətlə yayıla bilər. O, Britaniyanın bütün hissələrində aşkarlanıb. Bu səbəbdən də yeni infeksiyaların sayı kəskin şəkildə artıb ki, bu da hakimiyyəti hər yerdə lokdaun elan etməyə məcbur edib.

 

Bu yeni ştammın daha öldürücü olması barədə düşünməyə əsas versə də, hələlik bunu təsdiqləmək üçün elmi dəlilər kifayətedici deyil.

 

Bundan əlavə, ölkədə Cənubi Afrika və Braziliyadan keçən daha iki, lakin tək halda olan ştamm aşkarlanıb.

 

Statistika Bürosunun əməkdaşları yeni COVID-19 ştammı üçün götürülən testlər müsbət çıxandan bir həftə əvvəlki simptomları analiz ediblər.

 

Tədqiqatlar zamanı 2020-ci ilin noyabr ayının ortalarından 2021-ci ilin yanvar ayının ortalarınadək xəstələnən insanlardan götürülən analizlərin nəticələri nəzərə alınıb. Məlumatlar göstərir ki, yeni ştamm ilk halda olduğu kimi üç yox, iki genlə uyğunlaşır.

 

Yeni ştamma yoluxmuş 3,5 min nəfərlik qrupdan: 35 faiz öskürək, 32 faiz yorğunluq, 25 faiz əzələ və ümumən bədəndəki ağrılardan, 21,8 faiz isə, boğazdakı ağrılardan şikayətlənib.

 

Bundan əvvəlki ştamma yoluxmuş 2,5 min nəfərlik qrupdan: 28 faizi öskürək, 29 faizi yorğunluq, 21 faiz əzələ və ümumən bədəndəki ağrılardan, 19 faiz isə, boğazdakı ağrılardan şikayətlənib.

 

Müəyyənləşdirilib ki, koronavirusun yeni ştammına yoluxmuş xəstələrin 16 faizində dad hissi, 15 faizində isə iybilmə qabiliyyəti itir.

 

Baş ağrısı, tənəffüs, ishal və qusma ilə bağlı məlumatlar eyni olub.

 

Uorik Universitetinin Molekulyar Onkologiya üzrə virusoloqu, professor Lourens Yanq bildirib ki, Uxanda aşkarlanmış virusla müqayisədə yeni ştammda 23 dəyişiklik qeydə alınıb.

 

Yanq daha sonra əlavə edib ki, virusun yeni ştamma yoluxanların orqanizmində sürətlə çoxalması infeksiyanın bədənə daha geniş yayılmasına səbəb ola bilər. O şiddətli öskürəyin, əzələ ağrılarının və yorğunluğun da, çox güman ki, bununla bağlı olduğunu diqqətə çatdırıb.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb