Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinın əməkdaşları peyvənd olunublar
29.01.2021 10:03

Ötən həftənin əvvəlindən etibarən Azərbaycanda koronavirus COVID-19 əleyhinə vaksinasiyaya start verilib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Mərkəzin Masallı regional filialının əməkdaşları peyvənd olunublar.

 

Aztibb.az-ın məlumatına görə, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat və təşkilati metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva bildirib ki, mərkəzin və filialın əməkdaşları virusa qarşı immun sistemini gücləndirmək üçün bu aksiyada könüllü iştirak edib. Peyvənd olunan əməkdaşlarda hər hansı mənfi təsir aşkar olunmayıb.

 

Bu aksiyanın davamı kimi vaksinasiya prosesi Milli Oftalmologiya Mərkəzinin digər regional filiallarında da davam etdiriləcək.

 

Vaksin insanların həyatını qurtarmaqda, koronavirus pandemiyası ilə mübarizədə dönüm nöqtəsi olacaq. Bundan sonra insanlar normal həyatlarına dönə biləcək. Vaksin edildikdən sonra immunitet sistemi virusu tanıyır, onunla mübarizə aparan anticisimlər yaranır. Azərbaycanda əhalinin vaksinasiya olunması üçün istifadə olunan Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVac” peyvəndi ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanıb. Vaksin klinik sınaqlardan keçirilib, çox təsirlidir və mənfi təsirləri yoxdur.

 

Vaksin bir insana iki dozada vurulur. Dozalararası müddət 21 gün müəyyənləşdirilib. İlkin mərhələdə yalnız dövlət xəstəxanalarında vaksinasiya aparılacaq. Vaksin “soyuq zəncir” şəraitinə uyğun olaraq saxlama məntəqələrində qorunacaq. Təsdiq olunmuş Vaksinasiya Strategiyasına uyğun olaraq Azərbaycanda vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq.

 

“Bu insanlara gözəl nümunə və çağırışdır. Bu prosesə qoşulmaq pandemiya ilə mübarizədə əsas prioritetlərdən biridir. Hər kəsi sağlamlıqları üçün vaksinasiyaya qoşulmağa dəvət edirik”,- deyə Yazgül Abdıyeva çağırış edib.

.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır