Bu ölkədə abortlarla bağlı qanun sərtləşdirildi
28.01.2021 18:19

Polşada "Abortlar haqqında" qanunun sərtləşdirilməsi barədə Konstitusiya Məhkəməsinin qərarı qüvvəyə minib.

 

Aztibb.az “Guardian”a istinadən xəbər verir ki, artıq polyak qadınlar hamiləliyi yalnız təcavüz, insest hallarında, həmçinin həyat və sağlamlığa təhlükə olduğu təqdirdə dayandıra biləcək.

 

Qərara əsasən, döldə ağır patologiya aşkarlansa belə abort etmək qadağandır. Belə ki, ölkədəki abortların mütləq əksəriyyəti (98 %) məhz bu səbəbə görə baş tutub.

 

Nəşr qeyd edir ki, beləliklə, Polşa faktiki olaraq abortları yasaqlayıb.

 

Bildirilib ki, qərar hələ ötən ilin oktyabrında qəbul edilib, lakin kütləvi etirazlara görə onun qüvvəyə minməsi ertələnib. 2020-ci ilin payızında abortlara qadağanın ləğv edilməsini tələb edən 400 min sakin küçələrə axışmışdı.

 

Qeyd edək ki, Polşada abortlarla mübarizə hələ 2015-ci ildə mühafizəkar Haqq və Ədalət Partiyasının hakimiyyətə gəlişi ilə başlanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır