Daban çatları - yaranması, müayinəsi və aradan qaldırılması yolları
28.01.2021 14:02

Dabanlarda yaranan çatlar həm sağlamlıq, həm də estetik baxımdan arzu edilən deyil. Bəzən çatlar daha da dərinləşərək dözülməz ağrılara və yerişin dəyişilməsinə səbəb olur. Adətən dabanda çatlar ayaq üstə çox duran və çox gəzən şəxslərdə yaranır. Soyuq havalar və standartlara uyğun olmayan ayaqqabılar da bəzən dabanlarda çatların əmələ gəlməsinə səbəb olur. Lakin bütün bunlarla yanaşı, müəyyən xəstəliklər nəticəsində də çatlar əmələ gələ bilər.

 

Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim-dermatoveneroloqu Sevinc Kərimova deyib: “Dəri çatları avitaminozlardan, yəni vitamin çatışmazlığından tutmuş müxtəlif dəri xəstəliklərinə qədər çoxlu səbəblərdən yarana bilər. Əsasən daha çox pəncəaltı göbələk xəstəliyi zamanı ona rast gəlinir, bu zaman dabanların dərisi çatlayır və quruyur. Həmçinin ekzemada, ovuc və pəncəaltı psoriazda, müxtəlif dəri dermatozlarında quruluq və çatlar ola bilər.

 

Psoriaz, ekzema və göbələk xəstəliyini bir-birindən fərqləndirmək üçün həkimin müayinəsi vacibdir. Həmçinin diaqnozun təsdiq və ya inkarı üçün mikroskopik laborator müayinəsi quruluq və çatların səbəbini aydınlaşdırmağa kömək edir”.

 

Dermatoveneroloqun verdiyi məlumata görə, daban dərisində yaranan xəstəlikləri adi gözlə də müəyyən etmək olar. “Adi gözlə müayinə edəndə dəri örtüyünün cizgilərində ağ ərp kimi zolaqlar görünür. Bu, göbələk əlamətidir. Lakin bütün hallarda dəridən götürülən nümunənin laborator müayinəsi ona daha dəqiq diaqnoz qoymağa imkan verir”.

 

Mütəxəssisin dediyinə görə, dəqiq diaqnozdan sonra düzgün müalicə çox vacib məsələdir, çünki orqanizmdə yaranan narahatlıqlar hansısa ciddi bir xəstəlikdən xəbər verə bilər: “Avitaminozlar zamanı, kimyəvi vasitələrə həddən artıq çox toxunanda da dəri quruması baş verir, çatlar və qabıqlanmalar yaranır. Əgər həmin hallar avitaminoz səbəbindən baş verirsə, mütləq endokrinoloqun və ya qastreontroloqun müayinəsi lazımdır. Metabolizm pozuntuları zamanı da avitaminoz inkişaf edə bilər. Diaqnoz tam təsdiqlənəndən sonra müalicə taktikası seçilməlidir”.

 

Həkim onu da qeyd edib ki, dabanlara gündəlik qulluq çox vacibdir. Hər gün nəmləndirici kremlərdən və isti vannalardan mütləq istifadə edilməlidir ki, ayaq dərisində quruluğa və dabanlarda bərkiməyə imkan yaranmasın.

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub