Arqan yağının faydalı xüsusiyyətləri
28.01.2021 12:05

Arqan yağı unikal xüsusiyyətlərə malik olan arqan ağacının meyvəsinin çəyirdəyindən alınır. Arqan yağının alınması üçün çox sayda arqan çəyirdəyi lazım olur. Bu çəyirdək çox quru olur və az miqdarda yağ almaq üçün çoxlu miqdar çəyirdək sıxmaq lazım gəlir. Bu isə çox zaman və əziyyət tələb edir. 1-2 litr arqan yağı almaq üçün 100 kq arqan meyvəsindən istifadə etmək lazım gəlir ki, bu da 12-13 ağacın meyvəsidir. 


Arqan yağından salatların və qidaların dadlandırılması məqsədilə istifadə edilir. 100 qram arqan yağında 100 qram yağlılıq və 828 kKalori var.


Müalicə məqsədilə soyuq üsulla əldə edilmiş arqan yağından istifadə etmək məsləhət görülür. Onun rəngi digər vasitələrlə əldə edilmiş arqan yağının rəngindən daha açıq olur. Arqan yağının tərkibində çoxlu miqdarda E vitamini var. Bu, zeytun yağının tərkibindəkindən 3 dəfə çoxdur. Arqan yağının tərkibi karotinoidlərlə, oleinlə(40-60%), linolen(28-36% yağı ilə və yağ turşuları ilə zəngindir. Tərkibində olan stearin(6-8%), palmit(13-16%), fol turşusu, polifenol, triterlen spirti, fitosterol, skvalen onun güclü antioksidant olmasının göstəricisidir.


Müalicə zamanı qovrulmamış arqan çəyirdəklərindən alınan yağdan istifadə edilir. Buna səbəb isə çiy arqan çəyirdəklərindən yağ əldə edən zaman arqan yağının tərkibində olan vitamin və mineral maddələrin öz tərkibini dəyişməməsidir. Arqan yağı ürək xəstəliklərinin əmələgəlmə riskini aradan qaldırır və xəstəlik əlamətlərinin aradan qalxmasına səbəb olur. Ondan istifadə eləmək arterial təzyiqin aşağı düşməsinə, ürək ritmlərinin normallaşmasına, qanda xolesterinin miqdarının aşağı düşməsinə, ürək və damarlarda olan iltihabi proseslərin aradan qalxmasına səbəb olur. Ürəyin işemik xəstəlikləri, atereskleroz, hipertoniya, tromboflebit, tromboz xəstəliklərinin profilaktikası üçün arqan yağı qəbul etməkdə fayda var.

 

Arqan yağı göbələk və bakteriyalar səbəbindən meydana gələn xəstəliklərin sağalmasını sürətləndirir, orqanizmə bakterisid təsir göstərir. O, immunitetin yüksəlməsinə səbəb olur, onkoloji xəstəliklərin əmələ gəlməsinin qarşısını alır. Arqan yağı içmək görmənin yaxşılaşmasına səbəb olur. Kseroftalmin, blefarit, blefarokonyuktvit, toyuq korluğu, katarakt, qlaukoma, diabetik retinopatiya, makulodistgrofiya zamanı arqan yağından istifadə etməkdə faydalıdır. Həmçinin görmə aparatının fəaliyyətinin yaxşılaşmasına, sidik və cinsiyyət sistemi orqanlarının fəaliyyətinin yaxşılaşmasına səbəb olur. Tərkibində olan E vitamini və karatinoidlər spermatozoidlərin sürətini artırır, yumurtalıqların fəaliyyətinin yüksəlməsinə səbəb olur, sonsuzluğun aradan qalxmasına yardım edir. Arqan yağı orqanizmdə cinsi hormonların sintezini normallaşdırır. Arqan yağı qanda qlükozanın və insulinin miqdarını nəzarət altında saxlayır.

 

Davamlı olaraq arqan yağı qəbul etmək qanın mikrosirkulyasiyasını yaxşılaşdırır, travmatik zədələnmələrin və dəri xəstəliklərinin sağalmasını sürətləndirir. Sıyrıq, yanıq və çapıq izlərindən xilas olmaq üçün arqan yağından istifadə etdikdə çapıq toxuma qısa bir zamanda aradan qalxır.


Kosmetologiyada arqan yağından dərinin, dırnaqların və saçların qidalanması, məhkəmlənməsi üçün istifadə edilir. Ondan makiyajın silinməsi, əl və üz dərisinin elastikləşməsi üçün istifadə edilir. Arqan yağından hazırlanan şampunlar, balzanmlar, pomadalar, günəş əleyhinə kremlər, sabunlar, vanna və duş gelləri ən çox satılan kosmetik vasitələrdəndir. Arqan yağı ilə hazırlanmış kosmetik dəri vasitələri dərinin baryer xüsusiyyətini, elastikliyini, möhkəmliyini artırır, xırda qırışların aradan qalxmasına səbəb olur. Arqan yağı dəridəki iltihabi proseslərin aradan qalxmasına səbəb olur.

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub