Fiziki aktivlik və idmanla koronavirusa qarşı necə mübarizə aparmaq olar? - Fizioterapevt AÇIQLADI
27.01.2021 15:15

İdman və fiziki aktivlik hər şeydən əvvəl, immuniteti möhkəmləndirir, hormonları stabilləşdirir və qan dövranını normaya salır. Bu isə koronavirus infeksiyası ilə mübarizə aparmağı asanlaşdırır.

 

Aztibb.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının fizioterapevt-reabilitoloqu Dr.Afət Çəndirli deyib.

 

O, bildirib ki, idmanla məşğul olan insanlar koronavirusa yoluxanda belə, adətən xəstəliyi daha yüngül və rahat keçirirlər.

 

"Ümumiyyətlə, sağlam həyat tərzi keçirən insanlarda həm respirator xəstəliklər, həm də xroniki xəstəliklər daha az rast gəlinir.

 

Sağlam həyat tərzi dedikdə, yalnız idman və fiziki aktivlik nəzərdə tutulmur, bura həm də sağlam qidalanma, zərərli vərdişlərdən çəkinmə və s. aiddir. Onu da qeyd etmək istəyirəm ki, idman özü koronavirusa qarşı xüsusi toxunulmazlıq yaratmır. Yəni, kimsə idmanla məşğul olduğuna görə koronavirusa yoluxmayacağını düşünürsə, bu yanlış fikir olar. İdman dolayı yolla hər hansı infeksiyaya qarşı insan orqanizminin müqavimətini artırır".

 

A.Çəndərli qeyd edib ki, həftədə ən azı iki dəfə idmanla məşğul olan insanlarda infeksiyanın gedişini ağırlaşdıra biləcək yanaşı xəstəliklər olmur:

 

"Xüsusilə, bu, ürək-damar xəstəliklərinə və şəkərli diabet xəstəliyinə aiddir. İdmanla məşğul olmaq bu xəstəliklərin qarşısını almağa çox yaxşı kömək edir. Orta dərəcəli idman növləri ilə məşğul olmaq, COVID-19 xəstəliyi zamanı çox vacib olan bədən toxumalarında qaz mübadiləsini yaxşılaşdırır və bununla da ağciyərlərdə tıxanma riskini azaldır.

 

Bununla yanaşı, fiziki aktivlik zamanı stress hormonlarının miqdarı azalır və iltihabi reaksiyalar yavaşlayır. Eyni zamanda, limfositlər, monositlər və digər immun hüceyrələrinin səviyyəsi yüksəlir. Əgər bir insan infeksiyanı yüngül formada keçirmək üçün pandemiya zamanı ilk dəfə fiziki aktivliklə məşğul olmağa qərar verirsə, bunun üçün yüngül kardio hərəkətləri və yumşaq fitness daha uyğundur.

 

COVID-19 xəstələrində yüksək temperatur olarsa, məşqə davam etmək təhlükəlidir. Bu vəziyyətdə idman hərəkətləri ürək-damar sisteminə əlavə yük ola bilər. Yalnız hərarətiniz normaya düşdükdən sonra fiziki fəaliyyətə davam etmək olar, amma bunu əvvəlki rejimdə yox, daha yüngül formada etmək lazımdır. Bir həkim kimi tənəffüs gimnastikasını da məsləhət görərdim. Amma buna yalnız vəziyyətiniz stabilləşdikdən sonra başlaya bilərsiniz".

 

"Ağciyər funksiyasını bərpa etmək üçün bütün kateqoriyalı xəstələrə tənəffüs məşqləri üçün reabilitasiya proqramı tərtib edilir. İdmanla təkcə pandemiya dövründə deyil, daim məşğul olun, fiziki aktiv həyat tərzin keçirin ki, həmişə infeksiyalardan və digər xəstəliklərdən uzaq olasınız", - deyə, həkim sonda vurğulayıb.

ÇOX OXUNANLAR
Cəbrayılda “Göz sağlamlığı gələcəyimizdir” adlı tibbi aksiya keçirilib
 Qobustanda 85 yaşlı pasiyent üzərində yüksək riskli cərrahi əməliyyat uğurla icra olunub   
ÜST-nin Azərbaycandakı Ofisində yeni vakansiya!
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin 24 könüllüsü üçün ilkin tibbi yardım mövzusunda təlim keçirilib
Mərkəzi Klinika ASCVTS-in 34-cü illik konfransında təmsil olunub
Azərbaycan EMT Qrupu yoxlama aparmaq üçün Türkiyəyə gedib
 Naxçıvanda orta tibb işçiləri üçün vakansiya elan olunub   
Rəşad Şolan “Nefrologiya və böyrək transplantasiyasında klinik təcrübələr və gələcək perspektivlər” adlı elmi-praktiki konfransda çıxış edib
 Görkəmli alim Ağabəy Sultanovun 90 illiyi qeyd olunub   
Səhiyyə Nazirliyinin nümayəndələri Özbəkistanda beynəlxalq forumda iştirak ediblər  
 Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Bioetika Komissiyasının növbəti iclası keçirilib    
Uzman uşaq cərrahı Vüsal Cəfərov AZTV-nin “TeleSəhər” proqramına müsahibə verib
  Şahbuzda tibbi aksiya: 63 sakin müayinə olunub