İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yeni filialı açılıb
27.01.2021 13:10

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə bölgələrdə fəaliyyət göstərən tibb müəssisələri arasında səmərəli əlaqələndirməni təmin etmək məqsədi ilə Agentliyin strukturuna daxil olan Ağcabədi filialı fəaliyyətə başlayıb.

 

Bununla da Agentliyin fəaliyyət göstərən filiallarının sayı 8-ə çatıb.

 

Belə ki, Gəncə, Mingəçevir, Şəki, Ağcabədi, Quba, Şamaxı, Şirvan və Lənkəran filialları Agentliyin İdarə Heyəti tərəfindən müəyyən edilmiş inzibati ərazi vahidləri üzrə fəaliyyət göstərirlər.

 

Agentliyin Gəncə filialı Gəncə və Naftalan şəhərlərini, Samux, Goranboy, Göygöl, Daşkəsən, Xocalı və Kəlbəcər rayonlarını, Mingəçevir filialı Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Bərdə və Tərtər rayonlarını, Şəki filialı Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarını, Ağcabədi filialı Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, Laçın və Xocavənd rayonlarını, Quba filialı Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarını, Şamaxı filialı Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarını, Şirvan filialı Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və İmişli rayonlarını, Lənkəran filialı Lənkəran, Masallı, Yardımlı, Lerik və Astara rayonlarını əhatə edir.

 

İcbari tibbi sığorta sistemi çərçivəsində tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər şərtlər yaratmaq, sistemi əhali üçün əlçatan etmək və digər bu kimi məsələlər filialların fəaliyyət istiqamətləridir.

 

Filiallar Xidmətlər Zərfi çərçivəsində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görmək, tibbi xidmətlərin həcmini və keyfiyyətini yoxlamaq, ilkin səhiyyə xidmətinin təşkilinə və vətəndaşların ilkin səhiyyə xidmətinə təhkimolunma prosesinə nəzarət etmək vəzifələrinə malikdir. Habelə, icbari tibbi sığortanın təbliği və bu istiqamətdə əhalinin maarifləndirilməsi məqsədilə tədbirlər görmək, vətəndaşları qəbul etmək və icbari tibbi sığorta sistemində sığorta olunan şəxslərin hüquqlarının müdafiəsinə təminat vermək filialların vəzifələri sırasındadır.

 

Agentliyin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Emin Hüseynovun sözlərinə görə, filiallar icbari tibbi sığorta sahəsində Agentliyin fəaliyyətinə dəstək göstərəcəklər: “Filiallar tibb müəssisələri tərəfindən təqdim olunan icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlər üzrə reyestrlərin qiymətləndirilməsində, məlumatların araşdırılmasında, habelə tibb müəssisələrində istifadəyə verilmiş proqram təminatının idarəedilməsi ilə bağlı yarana biləcək texniki problemlərin həlli istiqamətində müvafiq tədbirlər görəcəklər”.

 

Filiallara rəhbərlik edən şəxslər, filialların əhatə etdiyi inzibati ərazilərdə fəaliyyət göstərən dövlət tibb müəssisələrinin, həkim və orta tibb işçilərinin sayı və s. barədə ətraflı məlumatlarla Agentliyin saytında yerləşdirilən interaktiv xəritədən tanış ola bilərsiniz.

Ümumilikdə Agentliyin 11 filialının fəaliyyəti nəzərdə tutulur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır