Ağciyərlərinizi bu üsullarla qoruya bilərsiniz - Siqarət çəkənlərin diqqətinə!
26.01.2021 14:49

Siqaret çəkən adamların ağciyərləri ən çox zərər görən orqan sayılır. Bu səbəbdən də siqaret çəkənlərdə daima öskürmə olur. Onlar vaxtlı-vaxtsız, səhər-axşam hətta gecə yarısı da məcburən öskürürlər. Bu onların bronxlarının zədələnməsinin əlamətidir. Siqaret çəkdikdən sonra bronxlar və ağciyərləri oraya daxil olan zəhərli maddələr zədələyir. Bu zaman həmin bölgələrdə iltihabi proseslər gedir və bu proses uzun müddət davam etdikdə iltihab ocaqlar yaranmağa başlayır. İltihabi ocaqlar yarandıqda siqaret çəkənlərdə əzabverici öskürək meydana çıxır və siqaretçəkən adam öskürərək bəlğəmi xaric etrməyə çalışır. Lakin proses daha da dərinləşir və bəlğəm ağciyər köklərində yer alır. Bu zaman mütləq həkimin müdaxiləsi lazımdır.


Aztibb.az xəbər verir ki, ağciyərləri siqaretin zəhərlənmələrindən təmizləməyin bir çox üsulları vardır. Bunlardan bir-neçəsini sizlərə təqdim edirik.


1. Orqanizmin kompleks şəkildə təmizlənməsi. Buraya ilk növbədə siqareti tərgitmək və mədə-bağırsağı, böyrəkləri yumaq, qan-damar sistemini xəstəxana şəraitində təmizlənməsi daxildir.
2. Bu zaman siqaret çəkməmək şərti ilə təmiz havada çox olmaq, siqaret çəkənlərdən uzaq durmaq və hətta mümkünsə belələrindən uzaq yaşamaq lazımdır.
3. Həkimin məsləhət etdiyi dərman vasitələri ilə siqareti tərgitmək.
4. Siqareti tərgitmək istəyənlər üçün kurslara qatılmaq və bu vasitə ilə siqaretdən uzaq olmaq.
5. Xalq təbabəti vasitələri ilə siqareti tərgitmək. Məsələn, hər otağa dəfnə yarpağı qoymaq və gün də 3 dəfə dəmləməsini içmək. Orqanizmi möhkəmləndirən vasitələrdən istifadə etmək. Məsələn, bal və limonlu çay içmək.
6. Nəfəs yollarının gimnastikası. Bu zaman gündə 2 dəfə hər dəfə 30 dərin nəfəs alıb vermək lazımdır. Bu gimnastika üsulu ağciyərlərin həcmini genişləndirir və oraya havanın axınını təmin edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama