Lobya dənəsini udan uşağın həyatı əməliyyat yolu ilə xilas edildi - Foto
25.01.2021 14:28

Azərbaycanda nəfəs yoluna böyükölçülü lobya dənəsi düşən azyaşlı xilas edilib. 

 

Bu barədə uşaq cərrahiyyəsi və urologiyası uzmanı, Mərkəzi Klinikanın həkimi Fuad Hüseynov məlumat verib. 

 

Onun sözlərinə görə, 2 yaşında uşaq böyük ölçülü çiy lobya dənələriylə oynayarkən birini udub və boğulmağa başlayıb. Evdə ilkin tədbirlər görülsə də, lobya dənəsini çıxara bilməyiblər. Uşaq xəstəxanaya daxil olanda çox ağır vəziyyətdə olub, nəfəs ala bilməyib: “Qanda oksigen səviyyəsi SPO2 -30% idi, təcili əməliyyatxanaya aldıq. Lobya suyun təsirindən şişib və yumşaldığı üçün getdikcə nəfəs yolunu bağlayırdı. İşıqlı alətlə nəfəs borusuna girildi, çətinliklə də olsa, lobya parçaları çıxarıldı. Uşaq nəhayət ki, rahat nəfəs almağa başladı".

 

Həkim bildirib ki, məlumatı paylaşmaqda əsas məqsəd azyaşlı övladı olan başqa ailələri diqqətli olmağa çağırmaq, belə qorxu yaşamamaq üçün onları maarifləndirməkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır