Maskadan istifadə etdikdə yaranan problemləri aradan qaldırmağın YOLLARI
25.01.2021 12:22
Dərinizdə hər hansı qıcıqlanma əmələ gələrsə, akneya qarşı məlhəmlər, bepantendən istifadə edə bilərsiniz. Dəriniz səpkilərə meyllidirsə, maskanı taxmazdan əvvəl antiseptik vasitə, məsələn, metrogil gelin nazik qatını üzünüzə çəkə bilərsiniz.
Bunu “Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının Təcili yardım şöbəsinin rəisi, təcili yardım həkimi Rəna Qasımova “Maskadan istifadə etdikdə yaranan problemləri necə aradan qaldırmaq olar?” sualını cavablandırarkən deyib.
O, bildirib ki, artıq bir ilə yaxındır gündəlik həyatımızın vacib aksessuarına çevrilən tibbi maskadan uzun müddət istifadə etdikdə dəri ilə bağlı problemlər yarana bilir. Tibbi maskalar bizi infeksiyadan qoruyur. Lakin uzun müddət üzdə qalan maska eritema (qızartı), qaşınma, quruluq, ağız, çənə və yanaqlar ətrafında, yəni maskanın geometrik formasında səpgilər yarada bilər. Buna “maskne” deyilir. Üzün dərisi həm maskaların hazırlandığı materiallara, həm də mexaniki qıcıqlanmalara, sürtünmələrə müxtəlif reaksiyalar verir.
Açığını desək, maska üzün dərisində görünən izlər buraxmaqla yanaşı, həmçinin, süni parnik effekti yaradır. Karbon dioksid, nəmlik, nəfəslə verilən havanın istiliyi, ağızda və respirator sistemdə olan mikroorqanizmlər və patogen mikroflora üçün əlverişli mühit olmaqla, aknenin (sızanaqların) kəskinləşməsinə səbəb olur. Bəs bu problemi aradan qaldırmaq üçün hansı üsullar mövcuddur? Bu barədə məsləhətim budur ki, əgər siz maskadan gün ərzində istifadə edirsinizsə, onu tez-tez, ən azı 2 saatdan bir dəyişin:
"İş yerindən çıxdıqda maskanı çıxarın və üzünüzü quru salfetlə silin. Hazırda qış mövsümü olduğu üçün havanın temperaturu tez-tez dəyişir və bu, dəri üçün əlverişli deyil. Dekorativ kosmetikadan kifayət qədər az istifadə etməyə çalışın. Bu əsasən qadınlara aiddir. Əgər tonal kremlərdən istifadə edirsinizsə, onu daha yüngül BB kremləri ilə əvəz edə bilərsiniz. Evə gəldikdə maskanı zibil qabına atdıqdan sonra üzünüzü yuyun və dərinizi yumşaq vasitələrlə təmizləyin. Bu vasitələrə tonik və nəmləndirici kremlər aiddir. Qatı yağlı vasitələri hələlik kənara qoyun.
Dəridə quruluq yaranan zaman isə üzünüzə qulluq vasitələrindən – turş zərdablardan, skrablardan, pilinq proseslərindən bir müddət imtina edin. Bununla pandemiya dövründə üzünüzün bir sıra problemlərini aradan qaldırmış olarsınız".
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
15.10.2026 | 09:50

