Balqabaq, kök, zəncəfil qarışımının FAYDALARI
25.01.2021 22:59

Sağlamlıq üçün müxtəlif qarışımlar, çaylar, məcunlar və s. istifadə olunmaqdadır. Qarışımları hazırlayanda nələrə diqqət yetirilməlidir? Bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib.

Onun sözlərinə görə, qarışımlar hazırlanarkən güclü təsirinin olması, hazırlandıqdan sonra rahat istifadə olunması və dadının xoşagələn olması əsas şərtdir.

Həkim-fitoterapevt qeyd olunan xüsusiyyətlərə malik, bal, zəncəfil və kök qarışımından hazırlanan qarışımı təqdim edib:

Lazım olanlar:
Balqabaq – 500 qram
Kök – 500 qram
Zəncəfilin təzəsi – 200 qram
Limon – 10 ədəd
Bal – 1 kq

Balqabaq soyulur, soyulmuş kütlə 500 qram olmalıdır, kök təmiz yuyulur, təzə zəncəfil qabıqları qaşınaraq təmizlənilir, hamısı sürtkəçdən və ya ət maşınından keçirilir bal ilə qarışdırılır, limonlar sıxılaraq şirəsi çıxarılır və qarışıma əlavə olunur, sonra yenə qarışdılır, soyuducuya qoyulur, 1 həftə gözlənilir, gündə 1 dəfə qarışdırılmalıdır. 1 həftədən sonra sıxılaraq şirəsi çıxarılır, şirə şüşə butulkaya tökülərək götürülür, sonra qalan kütləyə 500 qram su əlavə olunur, 5 dəqiqə ərzində vam odda qaynadılır, sonra otaq temperaturunda olana qədər gözlənilir və yenidən sıxılaraq suyunu çıxarıb əvvəlki su ilə qarışdırılır, soyuducuya qoyulur. Qarışımdan gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 2-3 xörək qaşığı içilir. Həmçinin 2-3 xörək qaşığını 1 stəkan suya qarışdırıb istifadə edə də bilərsiniz.

Təsirləri:

Qarışım beta-karotin mənbəyidir, zəif görənlər üçün olduqca faydalı bir qarışımdır gözlərin görməsini yaxşılaşdırır, göz yorğuluğunu aradan qaldırır. Toyuq korluğu xəstəliyindən əziyyət çəkənlər üçün olduqca faydalıdır. Dəri üçün çox effektivdir, dəridə əmələ gələn qabıqlanmalar, dəri quruluğu, solğunluğu, vaxtından əvvəl əmələ gəlmiş qırışlar, saç tökülməsi, dırnaq kövrəkliyi və qırılması, ağız ətrafında əmələ gəlmiş yaralar, cırtdanboyluluq, (qarışım boy hormonu olan samototrop hormonların istehsalını artırır), ürək zəifliyi, qaraciyərdə yağlanma, yüksək xolesterin, qaraciyər dalaq böyümələrində, damardaxili yağlanma, ateroskleroz, böyrək qumları, böyrək iltihablanması, qəbizlik, babasil və ən əsası bu qarışım beyin üçün olduqca faydalıdır. O, beyində qan dövranını yaxşılaşdırır, yaddaşı gücləndirir, beyin damarlarının spazmı və beyin damarlarının mənfəzinin daralması, beyin damarlarının sklerozu kimi xəstəliklərin müalicə və profilaktikasında əvəzolunmazdır.

Qarışım qan azlığında, xərçəngin profilaktikasında da istifadə oluna bilər, çünki antioksidant mənbəyidir. Qarışımın tərkibində A vitamini (beta karotin bədəndə A vitamininə çevrilir) E vitamini, mis, sink, maqnezyum, kalsium, C vitamini, B qrup vitaminlər və başqa mineral və vitaminlərlə zəngin olduğundan halsızlıq, cinsi zəiflik, astenik əlamətlərin bütün formalarında istifadə oluna bilər.

 

Qarışımdan körpə uşaqlar, qocalar, hətta hamilə xanımlar və süd verən analar da istifadə edə bilərlər. Şəkər xəstələri yüksək qan təzyiqi olan insanlara gündə 1 xörək qaşığından artıq istifadə etmək olmaz.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama