Çin təbabətində tətbiq olunan 50 vacib müalicəvi bitkidən biri - Rauvolfiya
24.01.2021 13:54

Rauvolfiya Şərqdə daha çox hind ilankökü kimi tanınan, Hindistandan Sumatraya qədər təbii yayılma arealı olan və əsrlər boyu təbabətdə müalicəvi məqsədlə istifadə edilən kol bitkisidir. Yabanı şəkildə Hindistan, Çin, İndoneziya və Şri-Lankada rütubətli meşə talalarında yayılıb. Onu Qafqaz ərazisində yetişdirmək cəhdləri uğursuzluqla nəticələnib. İlan və həşərat sancması zamanı zəhəri neytrallaşdırmaq üçün tətbiq olunduğuna görə Hindistanda kəndlilər həyətlərində bu bitkini becərirlər.

 

Aztibb.az xarici tibbi mənbələrə istinadla xəbər verir ki, hələ eramizdan əvvəl 600-cü ildə yazılmış hind tibbi traktatında rauvolfiyanın adı çəkilir, həmçinin Çin təbabətində tətbiq olunan 50 vacib müalicəvi bitkidən biri hesab olunur. Bitkiyə “dəli kökü” adı verilmiş hindular onun paranoya, nevroz və digər halların müalicəsində təsirli olduğuna inanırdılar.

 

Dərman xammalı kimi rauvolfiyanın köklərindən istifadə olunur. Ondan hazırlanan bişirmə və ekstratlar sedativ və yuxugətirici kimi ürək-damar sistemi və mədə-bağırsaq xəstəliklərində, baş ağrılarında, həmçinin əzələ tonusunu artırmaq üçün tətbiq edilir.

 

Əsas təsiredici maddələr olan indol alkaloidləri kök kütləsinin 2 faizə qədərini təşkil edir. Tərkibində 50-yə yaxın alkaloid var. Rauvolfiyanın kökləri nişasta, qətran və sterollarla zəngindir. Müalicəvi təsiri əsasən rezerpinlə əlaqədardır. Rezerpin ürək yığılmalarının sayını azaldır, hipotenziv effekti gec meydana çıxsa da, uzun müddət davam edir, sinir sisteminə sedativ təsir göstərir və fizioloji yuxuyabənzər yuxululuq törədir. Orqanizmin temperaturunu aşağı salır, maddələr mübadiləsini ləngidir, tənəffüsü dərinləşdirir və göz bəbəklərinin daralmasına səbəb olur. Ofisinal təbabətdə rezerpinin tablet forması hipotenziv və sedativ vasitə kimi vegetativ nevrozlar və funksional ürək-damar xəstəliklərində tətbiq edilir. Köklərinin dəmləməsindən yuxugətirici kimi istifadə edilir.

 

20 qram rauvolfiya kökləri üzərinə 1 stəkan qaynar su tökülür. 2-3 dəqiqə qaynayandan sonra termosa tökülərək gecə səhərədək saxlanılır. Ertəsi gün tənzifdən süzülür və yeməkdən 15 dəqiqə əvvəl 1 xörək qaşığı qəbul edilir. Müalicə proseduru 1 ay aparılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama