Koronavirusa yoluxma riskini azaldan SADƏ ÜSUL
23.01.2021 17:56

Məlum olduğu kimi, nəfəs aldığımız hava koronavirusa yoluxma riskinə təsir edir.

 

Aztibb.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə rusiyalı allerqoloq-immunoloq Vladimir Bolibok məlumat verib.

 

O, bildirib ki, COVID-19-a yoluxanlar ən çox ağciyər problemindən təsirlənirlər. Havanın keyfiyyəti isə infeksiya riskinə və xəstəliyin şiddətinə təsir edir.

 

Həkim havanın oksigenlə bol olmasının bütün tənəffüs yolları xəstəliklərinin gedişini asanlaşdırdığını vurğulayıb.

 

"Havanın tərkibində oksigen nə qədər çox olarsa, insanın koronavirus infeksiyası da daxil olmaqla tənəffüs yollarının xəstəliklərinə dözməsi o qədər asan olacaq", - deyə Vladimir Bolibok əlavə edib.

 
Allerqoloqun sözlərinə görə, çirkli hava əksinə, koronovirus da daxil olmaqla bütün viral infeksiyalara həssaslığı artırır.

 

"Buna görə daim təmiz hava axını təmin olunmalıdır. Yataq otaqlarına xüsusi diqqət yetirilməlidir - yaxşı havalandırılmalı, tozdan təmizlənməlidir, çünki günün əhəmiyyətli bir hissəsini orada keçiririk", - deyə həkim vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama