Çində qocalmanı gecikdirən gen müalicəsi inkişaf etdirilib - DÜNYADA İLK
22.01.2021 21:15

Çinli alimlər apardıqları araşdırmada yaşlanmanın təsirini azaldan və ömrü uzadan bir gen müalicəsi inkişaf etdirdiklərini açıqlayıblar.

 

Aztibb.az naukatv.ru-ya istinadən  xəbər verir ki, "Science Translational Medicine" jurnalında nəşr olunan məqalədə detallı olaraq açıqlanan müalicə yaşlanmanı təmin edən Kat7 adlı bir geni təsirsiz hala gətirməyi ehtiva edir.

 

Tədqiqatı aparan Çin Elmlər Akademiyasının Zoologiya İnstitutunun tibb mütəxəssisi, professor Qu Jing istifadə etdikləri spesifik müalicənin və nəticələrinin dünyada bir ilk olduğunu söyləyib.

 

"Biz təxminən 10 min gen arasından 100 geni təsbit etdik. Kat7 hüceyrə yaşlanmasını ən çox artıran gendir. Yaşlanmağı çox kiçik nisbətdə belə gecikdirmənin bir yolunu tapa biləcəyimizə inanırıq", - deyə Qu Jing bildirib.

 

Araşdırmaçı bu üsulun meymunlar üzərində sınaqdan keçiriləcəyini söyləyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır