Şanxayda iki xəstəxana yeni koronavirus növü şübhəsi ilə karantinə alındı
22.01.2021 18:21

Çinin Şanxay şəhərində iki xəstəxana yeni koronavirus növü şübhəsi ilə karantinə alınıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə “Global Times” qəzeti məlumat yayıb.

 

Qeyd olunub ki,  Fudan Universiteti Şanxay Xərçəng Mərkəzi və Ciao Universiteti Tibb Fakültəsinə bağlı Renci Xəstəxanasında şübhəli halların ortaya çıxması səbəbi ilə ambulator xidmətlər dayandırılıb. Həm xəstəxana binaları, həm də ətrafdakı bəzi yaşayış məntəqələri mühasirəyə alınıb, xəstəliklərə qarşı mübarizə və profilaktika qrupları araşdırmalara başlayıb. 

 

Renci Xəstəxanasının məlumatına əsasən, iki səhiyyə işçisindən götürülən test nəticələrinin cavabı şübhə yaradıb.

 

Qeyd edək ki, hər iki xəstəxana Çinin müxtəlif bölgələrindən xəstələrin müalicə üçün gəldiyi etibarlı sağlamlıq mərkəzləri kimi tanınır. Rəsmi statistik məlumatlar göstərir ki, Şanxay Xərçəng Mərkəzində 2019-cu ildə 1 milyon 570 min xəstə ambulator müalicə olunub.

 

Çin Milli Səhiyyə Komissiyasının (NCH) açıqlamasına görə, son 24 saat ərzində Çində 103 nəfər COVID-19-a yoluxub, virus səbəbiylə heç kim ölməyib. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub