Min bir dərdin dərmanı olan qaraçörəkotunun bilmədiyiniz FAYDALARI
22.01.2021 14:18
Haqqında yüzlərlə elmi iş, monoqrafiyalar yazılmış bu sirli bitki - qaraçörəkotu gündən-günə populyarlaşır və onun müalicəvi xüsusiyyətləri get-gedə artır. Qarazirənin təsir mexanizmini belə anlatmaq olar: sanki uçulmuş bir binanın daşlarını bənna bir-bir üst-üstə qoyaraq evi yenidən düzəldir. Qarazirə də bədənimizə elə bir təsir göstərir.
 
Bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov sosial şəbəkədə məlumat paylaşıb. Aztibb.az həmin məlumatı təqdim edir:
 
Qarazirə hansı xəstəliklərə çarədir?
 
Zəifləmiş immun sistemdən tutmuş, əsəb, yuxu pozuntusu, adət pozulması, mikrob xəstəlikləri, şəkər, qan dövranı pozulması, sistem xəstəlikləri, xolesterin və sələflərinin çoxalması, revmatizma xəstəlikləri, infeksion xəstəliklər, yüksək təzyiq, kalsium, maqnezium, kalium, mis çatışmazlığı, bədxassəli şişlərin profilaktikası üçün, ana südü azlığı, bronxit, allergiyalar, xroniki qastrit, xroniki kolitlər, prostatit, klimaks çətinlikləri vaxtı istifadə, dəri yaraları, dəri səpmələri, dəri sönüklüyü, köp, öskürək, baş ağrıları üçün çox faydalıdır.
 
Qarzirə Omeqa 3 və Omeqa 6 yağ turşularının məskənidir. Qarazirə insulin dirəncini aradan qaldırır, qarazirə xolesterin, LDL, və Triqliseridləri aşağı salmaqla, eyni zamanda periferik damarlarda kapilyarlara genişləndirici təsir göstərməklə, bunlarla yanaşı tərkibində kalium və maqnezium kimi minerallar daşımaqla əsl ürək dostu olan bir bitkidir. Əgər uzun zamandır ekzema, qaşınan dermatitlər, psoriaz, tez-tez meydana gələn dəri yaraları, trofiki yaralar, dəri quruluğu kimi xəstəliklərdən əziyyət çəkirsinizsə, gündə 3 dəfə 1 orta xörək qaşığı təzə üyüdülmüş qarazirəni ağıza atıb üstdən 500 qram çiy su için. Suyun miqdarını azaltmaq haqqında düşünməyin. Çünki bu xəstəliklərdə suyun müalicəvi əhəmiyyəti böyükdür. Bunu ən azı 1 ay etmək lazımdır ki, nəticə əldə olunsun. Qarazirə qaraciyərin bütün yüksəlmiş olan fermentlərinin miqdarını aşağı salır.
 
Qarazirənin tərkibindəki antioksidantlar, timokinon, dimetilkinin, nigellizin alkoloidi yalnız qarazirə toxumunun tərkibində olmaqla sərbəst radikallarla vuruşur immun sistemi daim yeniləyir. Qarazirə asetilxolin istehsalını artırmaqla beynimizi alzheymer, skleroz, parkinson, yaddaşsızlıq, səbəbsiz baş ağrıları kimi problemləri aradan qaldırmaqla beynimizi açır və yeniləyir. Astma bronxit və allergik xəstələrdə mükəmməl bir təsir göstərir. Allergik rinitlərdə və qulaq iltihabında yağı qulağa və burun dəliklərinə tökülür. İnsan bədənində parazit edən bütün növ qurdlara təsir göstərir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub